reklam
Regionxeberlericom.az » Siyasət » ABŞ Rusiyanın dəniz ticarət yollarını da bağlayır - "Bu, açıq hərbi toqquşmaya səbəb ola bilər..."

reklam

ABŞ Rusiyanın dəniz ticarət yollarını da bağlayır - "Bu, açıq hərbi toqquşmaya səbəb ola bilər..."










"Böyük müharibə lokal olaraq Ukrayna ərazisində, qlobal miqyasda isə hələlik yalnız iqtisadi müstəvidə cərəyan edir". 

Bu sözləri politoloq Fərhad Məmmədov Qərbin Rusiyaya qarşı genişlənməkdə olan sanksiyaların mümkün nəticələrini təhlil edərkən deyib.

Ekspert qeyd edir ki, ABŞ son üç həftə ərzində sanksiyalar arsenalının böyük hissəsini Rusiyaya qarşı tətbiq edib, lakin NATO çərçivəsində açıq qarşıdurmaya səbəb ola biləcək addımlar atmadı: "NATO ölkələrindən Ukraynaya hərbi təyyarələrin ötürülməsinin tarixi, eləcə də Ukraynanın səmanı bağlamaq tələbi göstərdi ki, təfərrüatlar çox önəmlidir. Səmanın bağlanmasını təmin etmək üçün raketlərin haradan atılacağı, Ukraynaya verilən hərbi təyyarələrin hansı hava limanından qalxacağı çox önəmlidir".

F. Məmmədov deyir ki, iqtisadi müharibədə ABŞ Rusiya ilə hərbi qarşıdurmaya çevrilə biləcək bir addıma - dəniz ticarət yollarının bağlanmasına nail olmaq istəyir:"Məlumdur ki, ABŞ bütün dəniz ticarət yollarına nəzarət edir və ən güclü donanmaya malikdir. Dəniz ticarətinə qadağa, Amerika hərbi gəmilərinin Rusiya ticarət gəmilərinin dünya okeanlarının sularında hərəkət etməsinə icazə verməməsidir»

Bəs ABŞ bunu necə edəcək, gəmiləri vuracaq?!

Təhlilçi əlavə edir ki, ortada məntiqsiz görünən bir neçə məsələ var: "ABŞ Ukraynada Rusiya ilə toqquşmaq istəmir,Polşanın da buna razı olmayacağını anlaylr. Odur ki, “Polşadan Ukraynaya hərbi təyyarələrin verilməsinin əleyhinə deyil” açılaması verilir. Məlumdur ki, cavab zərbəsi bu təyyarələrin havaya qalxdığı ölkənin ərazisinə endiriləcək. Bu zaman ABŞ-ın özü Rusiya ilə toqquşmaayacaq, yoxsa elə buna hazırlaşır?! Fikrimcə, elə bunun qarşısını almaq üçün ABŞ özünün və müttəfiq ölkələrdəki limanlarını Rusiya gəmiləri və ya onun yüklərini daşıyan gəmilər üçün bağlaya bilər. Yəni Birləşmiş Ştatlar bütün resurslarından istifadə edərək, hər şeyə hazır olduğunu nümayiş etdirir".

Politoloq bir məqama da diqqət yetirir. Qeyd edir ki, dəniz ticarət yollarının bağlanması ilə bağlı məlumat ABŞ və Çinin yüksək nümayəndələri arasında aparılan danışıqlarda irəliləyişlərin olmamasından sonra sonra elan edilib:"Çin hələ də birmənalı cavabını verməyib və verməyəcək. İndiki vəziyyətdə Çin maksimum öz çıxarlarını əldə etməyə çalışır. Sadə dillə desək, Çinin gözləntiləri belədir: “Rusiyanın müqabilində Tayvan” və iki qütblü yeni münasibətlər sistemi. ABŞ bununla razılaşmayacaq və Rusiya üçün dəniz ticarətinə qadağa qoyulması ehtimalı ilk növbədə Çin üçün bir siqnaldır. ABŞ-ın Çindən əsas gözləntisi Rusiyaya nüvə silahı və ya başqa kütləvi qırğın silahlarından istifadə etməməsi üçün təsir göstərməkdir. Bu, həm də Pekinin maraqlarına uyğundur. Onların 2050-ci ilə qədər inkişaf strategiyası var və bunu görmək üçün yaşamalıdırlar...Deyə bilərik ki, tərəflər nüvə silahından istifadə etmədən bir-birlərinə maksimum ziyan vurduqları üçün proseslər bölünmə mərhələsinə yaxınlaşır. Tərəflər qarşıdurmanın bu mərhələsində bir-birlərinin gücünü yoxlayıb dayanacaqlar:

- Rusiya Ukraynanın şəhər və kəndlərini dağıdacaq, beləliklə, zərəri maksimum dərəcədə artırmaq və yüksək müqavimət səviyyəsini azaltmaq istəyir;

- Qərb Ukraynanın müqavimətini dəstəkləyəcək, Rusiya cəmiyyətinin sanksiyalara reaksiyasını gözləyəcək və Rusiyanın potensial tərəfdaşlarını mümkün qədər məhdudlaşdıracaq, tədric davam edəcək.

Bütün bu addımların alternativi raket zərbələridir, bundan sonra heç nəyə sanksiyalar tətbiq edilməyəcək".




Paylaş:


Müəllif : Tarix:
15-03-2022, 16:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər