Finlandiya Rusiya ilə dəmiryol əlaqəsini kəsir
Finlandiyanın «VR Group» dəmiryol şirkəti martın 28-dən Sankt-Peterburq və Helsinki arasında hərkət edən Alleqro qatarlarının hərəkətini dayandırır.
Bu barədə martın 25-də fin qəzeti xəbər verib.
Nəşrin məlumatına görə, Finlandiyanın Avropa işləri və mülkiyyətin idarə olunması naziri Tyutti Tuppuraynen bundan əvvəl VR Groupa xəbərdarlıq göndərib ki, Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi səbəbilə, bu istiqamətdə qatarların hərəkəti məqsədəuyğun deyil.
«İndiyə qədər biz, Alleqrodan istifadəni rəsmi təlimata uyğun olaraq davam etdirmişik və məqsəd bu olub ki, finlərin Finlandiyaya gətirilməsini təmin edək və bu həftələr ərzində Rusiyanı tərk etmək istəyən insanlar ölkəni tərk edə bilsinlər» - şirkətin müştəri daşınması üzrə direktoru Toni Simola bəyan edib.
Martın əvvəlində Alleqro qatarlarının istehsalçısı, Fransanın Alstom şirkəti Rusiyaya bütün tədarüklərin dayandırıldığını elan edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-03-2022, 00:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər