reklam
Regionxeberlericom.az » Siyasət » “Rusiya ərazisində deyilik ki, ordumuza göstəriş versinlər...” - HƏQİQƏTƏN DƏ...

reklam

“Rusiya ərazisində deyilik ki, ordumuza göstəriş versinlər...” - HƏQİQƏTƏN DƏ...


“Rusiya sülhməramlıları ərazilərimizdə yerləşdirildikləri gündən etibarən oradakı separatçılara himayədarlıq edirlər. Təəssüf ki, həmin “əməkdaşlıq” fəaliyyəti bu gün də davam edir. Sosial şəbəkələrdə yayılan bir videoda Azərbaycan əsgəri Rusiya sülhməramlısına bildirir ki, bu sənədi (red: 2020-ci il 10 noyabr üçtərəfli bəyanatı), sizin Prezident Vladimir Putin də imzalayıb. Bu, çox vacib faktordur. Həmin sülhməramlı qüvvələr Azərbaycan ərazisində olan seperatçıları təmizləməyi öhdəsinə götürmüşdü. Lakin gəldikləri gündən bu öhdəliyi yerinə yetirmək əvəzinə, onları müdafiə edirlər”. Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat qeyd edib ki, Azərbaycan Ordusu postunu harda yerləşdirəcəyi barədə qeyri dövlətdən icazə almağa borclu deyil: “Biz Rusiya ərazisində deyilik ki, ordumuza göstəriş versinlər. Bizim əsgərimiz Azərbaycan ərazisindədir. Deməli, Ali Baş Komandan harda mövqe tutmağı əmr edərsə, Azərbaycan Ordusu orada olacaq. Fevralın 22-də Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik haqqında bəyannamədə də göstərilib ki, tərəflər bir-birinin ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşmalıdır. Həmin sənədə əsasən, Azərbaycan və Rusiya bir-birinin daxili işinə qarışmamalıdır. Azərbaycan ərazisində seperatçı qüvvələr, Ermənistan ordusuna məxsus tör-töküntülər hələ də varsa, deməli, biz bunun qarşısını almalıyıq. Həm Azərbaycan Konstitusiyasına, həm də beynəlxalq hüquqa əsasən, Azərbaycanın buna tam haqqı çatır. Heç kimdən icazə alan deyilik, heç kimin məsləhətinə də ehtiyacımız yoxdur. Unutmamışıq ki, 1990-cı illərdə Rusiyaya məxsus 366-cı alay Xocalıda soyqırım törədib. İndi isə Rusiya sülhməramlıları Azərbaycana qarşı soyqırıma, yeni qanlar tökməyə hazırlaşır?! Adını sülhməramlı qoymusansa, Prezidentinin imzası olan sənədə hörmətlə yanaşmalı və onu icra etməlisən. Əksinə, Rusiya sülhməramlı kontingenti seperatçı qüvvələrlə dostluq edir, onların müdafiəsinə qalxır. Yeri gəlmişkən, atalar sözündə qeyd olunur ki, dostunu göstər, sənin kim olduğunu deyim. Belə çıxır ki, cinayətkarı, terrorçunu müdafiə edən, onunla dostluq edən Rusiya sülhməramlısı özü də ondan geri qalmır”.




Paylaş:


Müəllif : Tarix:
28-03-2022, 12:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər