reklam
Regionxeberlericom.az » Siyasət » Abramoviç Zelenskinin sülh notası ilə Putinin yanına gedib

reklam

Abramoviç Zelenskinin sülh notası ilə Putinin yanına gedib
















Rusiyalı oliqarx Roman Abramoviç Ukrayna Prezidenti Volodimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinə göndərdiyi nota ilə Rusiyaya uçub.

Belə bir iddia ilə “The Times” çıxış edib. İddialara görə, Ukrayna Prezidenti Putinə sülh şərtlərini göndərib.

Qeyd olunur ki, Abramoviç Zelenski ilə Putin arasında vasitəçi kimi Türkiyə, Rusiya və Ukrayna arasında hərəkət edib. İstanbulda rusiyalı oliqarx Ukrayna danışıqlar qrupunun üzvü Rüstəm Umerov və Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalınla görüşüb.

Kalın Krımın və Donbasın Moskvadan “uzunmüddətli icarəyə” götürülə biləcəyi fikrini irəli sürüb.

Qeyd edək ki, martın 28-də “Bellingcat” tədqiqatlar qrupu bildirib ki, martın 3-dən 4-nə keçən gecə Ukrayna və Rusiya arasında danışıqlar qrupunun üç üzvündə kimyəvi silahdan zəhərlənmə əlamətləri yaranıb.




Paylaş:


Müəllif : Tarix:
28-03-2022, 22:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər