reklam
Regionxeberlericom.az » Siyasət » Rusiya Qarabağda üzərinə düşən öhdəliyi yerinə yetirmir - ETİRAZ

reklam

Rusiya Qarabağda üzərinə düşən öhdəliyi yerinə yetirmir - ETİRAZ


Son günlər Azərbaycan Ordusunun Fərrux dağı istiqamətində apardığı işlər, separatçıların yerində oturdulması ciddi əhəmiyyətə malikdir. Azərbaycan Ordusu üzərinə düşəni edir. Bunu Reyting.az-a Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan arasında əldə edilən razılaşma əsasında qarşı tərəflər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər.

CXP sədri əlavə edib ki, Qarabağdakı Rusiya sülhməramlı qüvvələri üzərlərini düşəni etmək əvəzinə erməni separatçılarını müdafiə edir, onların mövcudluğu üçün çalışırlar:

“Regionda kommunikasiyaların açılması da gecikir. Delimitasiya və demorkasiya proseslərində də irəliləyiş yoxdur. Əvəzində Rusiya hərbi-sənaye kompleksinin nümayəndələri münaqişəni saxlamaq şərti ilə respublikaların inkişafının qarşısını almağa çalışır və imperiyanın bərpası haqqında düşünürlər”.

B. Quliyev bildirib ki, Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin ratifikasiyası bütün istiqamətlərdə iki ölkə arasında əlaqələri dərinləşdirir: “Türkiyənin beynəlxalq aləmdə rolu və imkanları yüksək mərhələdədir. İstər Ukrayna məsələsində, istər NATO, istərsə də digər platformalarda Türkiyənin rolu və yeri getdikcə artır, onunla daha çox hesablaşmağa başlayırlar. Yaranan şəraitdən Azərbaycan da yaxşı mənada istifadə edir”.

Partiya sədrinin iddiasına görə, Ermənistanda Rusiya hərbi-sənaye kompleksinə bağlı şəxslər revanş götürmək istəyirlər: “Eləcə də Paşinyanın Avropa qoşunlarını regiona gətirmək niyyəti var. Bunları nəzərə alaraq deyirəm ki, yaranan tarixi şəraitdən millət və vətən üçün istifadə etməliyik”.

B. Quliyev xatırladıb ki, Qərb dünyası Ukraynada gedən müharibədə Kiyevi birmənalı dəstəkləyir: “Azərbaycan da haqq işi uğrunda, işğaldakı ərazilərinin azadlığı üçün savaşdı, təəssüf ki, nə 44 günlük müharibə dövründə, nə də ondan sonra həmin ölkələrdən dəstək görmədik. Biz baş verən proseslərdə kənar qüvvələrin Azərbaycanın daxili işlərinə qarışmasına imkan verməyəcəyik. 30 il beynəlxalq hüquqa və prinsiplərinə söykənərək problemin həllinə çalışsaq da, bizə dəstək vermədilər. Əksinə, bizə qarşı addımların şahidi olduq. İndi biz Azərbaycan dövlətinin, ordusunun yanındayıq. Ərazi bütövlüyümüz uğrunda mübarizə aparırıq, heç kimin də daxili işlərimizə müdaxiləsinə imkan verməməliyik”.

CXP sədri diqqətə çatdırıb ki, Azərbaycan bölgədə ticarət yollarının, kommunikasiyaların açılmasında üzərinə düşən işləri yerinə yetirir: “Amma bizim üçün ən vacibi ərazi bütövlüyümüzdür. Bu istiqamətdə Azərbaycan Ordusunun, Ali Baş Komandanın atdığı addımları dəstəkləyirik. Ordumuzun ərazi bütövlüyümüzün bərpası uğrunda addımlarını birmənalı müdafiə edirik və etməliyik də.

Azərbaycan Müdafiə Nazirliyinin son bəyanatları göstərir ki, sülhməramlılar imzalanan müqavilələri pozub və Rusiya tərəfi razılaşmalara riayət etmir. Bu halda Azərbaycan problemi yenə özü həll etməlidir. Azərbaycan Ordusuna eşq olsun!”.




Paylaş:


Müəllif : Tarix:
29-03-2022, 09:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər