reklam
Regionxeberlericom.az » Siyasət » Ermənistan Azərbaycanın 5 təklifini məqbul saydığını elan etdi

reklam

Ermənistan Azərbaycanın 5 təklifini məqbul saydığını elan etdi
















“Azərbaycanın münasibətləri normallaşdırmaq üçün irəli sürdüyü 5 baza prinsipi Ermənistan üçün məqbuldur”.

Bunu Qazaxıstanın Almatı şəhərində MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şurasını iclasında çıxışı zamanı Ermənistanın Parlamentinin sədri Alen Simonyan bildirib.

Belə ki, iclas zamanı Simonyan və Azərbaycan parlamentinin sədri Sahibə Qafarova arasında Qarabağda son baş verənlərə görə mübahisə yaşanıb.

Mübahisə zamanı Ermənistan parlamentinin sədri bəyan edib ki, rəsmi İrəvan Bakıya dərhal sülh danışıqlarına başlamağı təklif edir. Azərbaycan Milli Məclisinin rəhbəri cavabında bəyan edib ki, Bakı dəfələrlə İrəvana erməni tərəfinə çox yaxşı məlum olan beş bəndi nəzərə alaraq sülh müqaviləsi imzalamağı təklif edib.

“Mən rəsmən bəyan edirəm ki, Ermənistan üçün bu beş məqam məqbuldur və hesab edirik ki, bəzi aspektləri əlavə etsək, bu işi həyata keçirməyə başlaya bilərik”, - Simonyan müzakirəni yekunlaşdırıb.

Qeyd edək ki, martın 14-ü Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirmişdi ki, iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib: “Burada iki dövlət arasında münasibətlərin normallaşması üçün aşağıdakı beş baza prinsipləri əks olunub:

- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;


- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.




Paylaş:


Müəllif : Tarix:
29-03-2022, 14:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər