reklam
Regionxeberlericom.az » Siyasət » DANIŞIQLARIN BİRİNCİ RAUNDU BİTDİ - İlk açıqlamalar + VİDEO (Yenilənir)

reklam

DANIŞIQLARIN BİRİNCİ RAUNDU BİTDİ - İlk açıqlamalar + VİDEO (Yenilənir)














Rusiya və Ukrayna arasında danışıqlar heyətinin İstanbulda keçirilən görüşünün birinci raundu başa çatıb.

Bu barədə Ukrayna nümayəndə heyətindən məlumat verilib.

Görüşdə Ukrayna Rusiyaya təhlükəsizliyi ilə bağlı təkliflərini təqdim edib.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya deyib.

Onun sözlərinə görə, ölkəsi BMT TŞ-nın 5 daimi üzvünün, habelə Kanada, Polşa, İsrail və Türkiyənin Ukraynanın təhlükəsizliyinin qarantı olaraq görmək istəyir.

Araxamiya əlavə edib ki, təhlükəsizlik qarantiyası məsələsində anlaşma əldə edilməyib.

***

İstanbulda Rusiya ilə aparılan danışıqlarda əsas diqqət Ukrayna üçün təhlükəsizlik təminatı və atəşkəsə yönəlib.

APA xəbər verir ki, bunu danışıqlarda iştirak edən Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

“Bir neçə mühüm məsələ ilə bağlı intensiv məsləhətləşmələr gedir. Bunlar arasında əsas məsələ Ukrayna üçün beynəlxalq təhlükəsizlik zəmanəti haqqında sazişdir, yalnız bu razılaşma ilə müharibəni Ukraynaya lazım olan şəkildə bitirə bilərik”, - o qeyd edib.

Podolyak əlavə edib ki, müzakirə olunan məsələlərin ikinci hissəsi atəşkəslə bağlıdır: “Belə olan halda isə biz təcili həllini tələb edən bütün humanitar problemləri həll edə bilərik”.

Podolyak qeyd edib ki, tərəflər müharibə qaydalarının pozulmasını da müzakirə edirlər. 

















Ukrayna tərəfi İstanbulda Rusiya ilə danışıqlarda müzakirə olunan məsələləri açıqlayıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.

“Ukrayna üçün qeyd-şərtsiz təhlükəsizlik təminatı, atəşkəs, humanitar dəhlizlər və humanitar konvoylarla bağlı effektiv qərarlar, tərəflərin müharibə qaydalarına və adətlərinə riayət etməsi”, - o qeyd edib.

Podolyak danışıqları Ukrayna üçün çətin adlandırıb. 

Türkiyənin İstanbul şəhərində Ukrayna və Rusiya nümayəndə heyətlərinin növbəti görüşü başlayıb.

Ukrayna nümayəndə heyətinə Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak, müdafiə naziri Oleksiy Reznikov, hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya daxildir.

Rusiya nümayəndə heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir. Heyətin tərkibinə xarici işlər nazirinin müavini Andrey Rudenko, Moskvanın Belarusdakı səfiri Boris Qrızlov, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.

Heyətlərarası görüşdən əvvəl Ukrayna və Rusiya nümayəndə heyətlərinin başçıları David Araxamia və Vladimir Medinski arasında təkbətək görüş olub.

Müzakirələrin 2 gün davam edəcəyi gözlənilir.















Xatırladaq ki, iki ölkə arasında danışıqların ilk üç raundu fevralın 28-də, martın 3-də və 7-də Belarus ərazisində əyani şəkildə keçirilib. İlk görüş Qomel vilayətində, sonrakı iki görüş isə Polşa ilə sərhəddə yerləşən Beloveja meşəsi ərazisində baş tutub. Sonrakı günlərdə tərəflər görüşləri videokonfrans formatında davam etdiriblər.

Ukrayna nümayəndə heyəti danışıqların keçiriləcəyi Dolmabaxça sarayına gəlib.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nümayəndə heyətləri ilə görüşüb.

İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında görüş başlayır.

APA-nın müxbiri xəbər verir ki, artıq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu danışıqların aparılacağı yerə gəlib.

Ukrayna-Rusiya danışıqları yerli vaxtla saat 10:30-da başlayacaq.

Görüş mətbuata qapalı keçiriləcək.




Paylaş:


Müəllif : Tarix:
29-03-2022, 16:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər