reklam
Regionxeberlericom.az » Siyasət » Ukraynadan danışıqların yekunlarına dair AÇIQLAMA

reklam

Ukraynadan danışıqların yekunlarına dair AÇIQLAMA


















Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak Ukrayna üçün beynəlxalq təhlükəsizlik zəmanətləri haqqında sazişin necə həyata keçiriləcəyini bildirib.

O, bu barədə İstanbulda Rusiya Federasiyası ilə danışıqların birinci raundunun yekunlarına dair brifinqdə bildirib.

“Bu sazişin həyata keçirilməsi aşağıdakı prosedura uyğun baş tutacaq:

Birincisi, Ukraynanın bütün vətəndaşları bu sazişlə bağlı öz mövqeyini bildirəcək, əhəmiyyətli qərarlarda referendum olacaq. Bunun ardınca qarant ölkələrin parlamentlərində və Ukrayna parlamentində ratifikasiya keçiriləcək. Bu açardır. Yəni, cəmiyyətin dəstəyini almalıyıq ki, müqavilə bizim üçün həqiqətən möhkəmlənsin”, - deyə o bildirib.

Podolyakın sözlərinə görə, Krım məsələsi razılaşmanın ayrıca bəndidir və burada Ukrayna tərəfi özünün və Rusiyanın mövqeyini müəyyənləşdirməyi, Krım və Sevastopolun statusu ilə bağlı 15 il ərzində ikitərəfli danışıqlar aparmağı təklif edir.

Ayrca bir məqam kimi Ukrayna tərəfi Rusiya tərəfinə aşağıdakıları təklif edir: Danışıqlar davam etdiyi bir vaxtda Ukrayna və Rusiya bu müddət ərzində Krım məsələsinin həlli üçün hərbi və ya silahlı qüvvələrdən istifadə etməyəcək:

“ORDLO (Ukraynanın müvəqqəti işğal olunmuş ərazisi – red.) ərazisinə gəlincə, bu məsələlər üçün Ukrayna və Rusiya Federasiyası prezidentləri arasında danışıqlar çərçivəsində müzakirə olunacaq ayrıca bənd də yer alıb. Yəni, artıq bütün mübahisəli məsələlər az-çox müzakirə olunub, təkliflərimiz verilib”.




Paylaş:


Müəllif : Tarix:
29-03-2022, 16:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər