Aİ və ABŞ Rusiyaya qarşı sanksiyaları artıracaq
Avropa İttifaqı (Aİ) və ABŞ Rusiyaya qarşı tətbiq edilən sanksiyaların effektivliyinin artırılması və onlardan qaçmağın yollarının bağlanmasını müzakirə edirlər.
Bu barədə Aİ Komissiyasının maliyyə üzvü Mayrid Makginnes və ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo Brüsseldəki görüşdən əvvəl mətbuata açıqlama veriblər.
Makginnes Ukrayna xalqına və administrasiyasına transatlantik dəstəyin davam edəcəyini bildirib.
O, sanksiyaların Kremlin Ukraynaya qarşı qeyri-qanuni hücumunu davam etdirməsini çətinləşdirdiyini qeyd edib. Əlavə edib ki, Aİ və ABŞ sərt və eyni vaxtda sanksiyalar tətbiq etməkdə qərarlıdır.
Uolli Adeyemo da Rusiya-Ukrayna müharibəsinin Avropa ilə ABŞ arasında müttəfiqliyi daha da gücləndirdiyini bəyan edib. Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı iqtisadi sanksiyalardan mənfi təsirlənib. Deyib ki, Kremlin döyüş qaynaqları getdikcə azalır: "Biz Kremlin daha az resursa malik olmasını təmin etmək üçün addımlar atmağa davam etməkdə qərarlıyıq".
Adeyemo həmçinin əlavə edib ki, sanksiyalardan qaçmaq üçün səylərə də diqqət yetirəcəklər.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-03-2022, 20:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər