Ukrayna İstanbuldakı danışıqlarının yekunu ilə bağlı məlumat yayıb
Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi İstanbulda Rusya tərəfi ilə aparılan danışıqlarının yekununa dair məlumat yayıb.
Bu barədə APA-nın Türkiyə bürosuna Ukrayna nümayəndə heyətindən məlumat verilib.
Bəyanatda qeyd olunub ki, İstanbul görüşü (Ukrayna tərəfinin təklif etdiyi – red.) və Rusiya Federasiyasının nəzərə aldığı bir sıra mühüm müqavilə mövqelərini müəyyən etməyə imkan verdi.
“Təhlükəsizlik zəmanətləri haqqında Müqavilə əslində nəzəri deyil, praktiki olaraq ərazimizi və suverenliyimizi qorumaq üçün effektiv alət əldə etməyi nəzərdə tutur…Həmçinin, bu müqavilə qlobal təhlükəsizliyin indiki şəraitdə effektivliyini göstərməyən köhnə modelini yenidən nəzərdən keçirməyə və daha effektiv modellərə keçməyə imkan verir. Bundan əlavə, Ukrayna vahid Avropa bazarına tamhüquqlu üzv kimi giriş zəmanəti alır. Bu, həm iqtisadiyyatın modernləşdirilməsi üzrə irimiqyaslı proqramların maliyyələşdirilməsi, həm də Aİ-yə daxil olmaq üçün ifrat bürokratik prosedurlardan imtina baxımından çox vacibdir”, - deyə bəyanatda bildirilib.
Zelenskinin ofisində Krımla bağlı irəli sürülən təklifin inqilabi nailiyyət olduğunu vurğulayıblar.
“Çünki bu, ən azı Krım mövzusunun danışıqların gündəliyinə qaytarılması deməkdir. Əvvəllər Rusiya tərəfi bundan qəti şəkildə imtina edirdi. Üstəlik, bu, Krım mövzusunun indiki hüquqi şərhlərini (interpretasiyasını) qoruyub saxlamağa imkan verir, çünki Krım bizim üçün təbii ki, Ukraynanın bir hissəsidir. Krım məsələsində qarşılıqlı hərbi eskalasiyadan imtina etmək müharibənin ümumi dayandırılmasının açarıdır”, - deyə Ukrayna heyəti tərəfindən qeyd olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-03-2022, 22:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər