reklam
Regionxeberlericom.az » Siyasət » “Paşinyan 5 şərti qəbul edib, hətta sülh sazişi ilə bağlı Bakıya yalvarıb” - “Hraparak” qəzetindən İDDİA

reklam

“Paşinyan 5 şərti qəbul edib, hətta sülh sazişi ilə bağlı Bakıya yalvarıb” - “Hraparak” qəzetindən İDDİA


Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxış edərək, bir sıra fikirlər səsləndirib. Həmin çıxışında Azərbaycan haqqında bəzi hədyanlar danışan Paşinyan, Qarabağdakı qanunsuz erməni silahlı dəstələrini çıxarmayacaqlarını, Zəngəzur Dəhlizini açmayacaqlarını da dilə gətirib.

Bu gün isə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti qəribə, həm də maraqlı bir iddia ilə çıxış edib. Qəzet yazır ki, Paşinyanın hökumətin iclasında çıxışı cəmiyyəti aldatmaq, onun başının altına yastıq qoymaq məqsədi daşıyıb və blefdir. Erməni nəşri bunu belə əsaslandırıb ki, baş nazir Azərbaycanla gizli şəkildə danışıqlar aparır və bu prosesə Avropa Birliyinin nümayəndələrini cəlb edib. “Əgər Paşinyan blef etmirsə, niyə çıxışında “Azərbaycan və Ermənistanın bir birlərinin ərazi bütövlüyünü tanıması bizim üçün məqbuldur” deyir? Qarabağa heç bir yardım etməyən, adicə qaz problemini belə aradan qaldırmayan Nikol, necə olur ki, belə cəsarətli çıxışlar edir? Özü də Brüsseldə keçiriləcək görüş öncəsi”.

“Hraparak” daha sonra yazır ki, onlarda hökumət mənbələrindən əldə edilmiş bir sıra məlumatlar var. Həmin məlumata əsasən Nikol Paşinyan çıxışından bir gün əvvəl Azərbaycanın təqdim etdiyi 5 şərti qəbul etdiklərini, Azərbaycanın ərazi bütövlüyünü tanıyacaqlarını (Qarabağ da daxil olmaqla) Avropa Birliyinin nümayəndələri vasitəsi ilə Bakıya çatdırıb. “Nikol Paşinyan nəinki şərtləri qəbul edib, nəinki Qarabağın Azərbaycanın tərkib hissəsi olduğuna razılaşıb, hətta Azərbaycan tərəfinə sülh sazişini tez zamanda bağlamaqla bağlı yalvarıb. Bu yalvarışlardan sonra Brüssel görüşü razılaşdırılıb”.

Xatırladaq ki, Avropa Birliyinin rəhbəri Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş keçiriləcək. Bəzi ekspertlər hesab edirlər ki, həmin görüşdə tərəflər yeni sənəd imzalayacaqlar. Həmin sənəd isə sülh sazişinin hazırlanmasını ehtiva edəcək.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dünən keçirdiyi brifinq zamanı bildirib ki, Ermənistandan müsbət siqnallar almağa başlayıblar. Onun sözlərinə görə, bu siqnallar yaxın zamanda sülh sazişinin imzalanması prosesinin start götürməsinə vəsilə ola bilər. O qeyd edib ki, rəsmi Bakı sülh danışıqları ilə bağlı prosesə hazırdır.

Qaldı, “Hraparak” qəzetinin iddiasına, bu barədə konkret nəsə demək çox çətindir. Çünki əlimizdə yetərli qədər sübut yoxdur. Hətta bununla bağlı məlumata belə malik deyilik. Lakin erməni xislətinə az-çox bələd olduğumuzdan belə bir qənaətə gələ bilərik ki, Nikol Paşinyan dara düşdüyündən Azərbaycan tərəfinə yalvara da bilər, xahiş də edə bilər. Ona görə ki, bu ermənilərin xarakteridir.




Paylaş:


Müəllif : Tarix:
1-04-2022, 10:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər