"Ermənistan həlledici məqamlarda həmişə təxribatlara əl atır" - FAKT BUDUR!
Ermənistan tərəfi növbəti təxribata əl atıb. Düşmənin silahlı qüvvələri Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutublar. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb: “Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur. Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”.
Xatırladaq ki, aprelin 6-da Avropa İttifaqı Şurasının təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərliyi arasında görüş keçirilməsi planlaşdırılır. Liderlərin növbəti təmasında sülh sazişi ilə bağlı mühüm məqamların müzakirə olunacağı, sərhədlərin müəyyənləşməsi və regional kommunikasiyaların açılması məsələsinin masaya yatırılacağı iddia olunurdu. Siyasi şərhçilərə görə, görüş öncəsi, ələlxüsus sülh sazişi ilə bağlı müzakirələrin getdiyi məqamda Ermənistan tərəfinin sərhəddə təxribata əl atması təsadüfi deyil və müəyyən məqsədlərə xidmət edir. Ermənistanın növbəti təxribatı ilə bağlı “Şərq”ə danışan millət vəkili Ceyhun Məmmədov deyib ki, İrəvan hökuməti yekun sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Deputatın sözlərinə görə, Baş nazir Nikol Paşinyan hər vəchlə sülh sazişinin imzalanmasına mane olmağa çalışır:
“İrəvan hökuməti tərəfindən atılan bütün addımlarda əsas qayə prosesi mümkün qədər uzatmaq, razılaşma sənədinin imzalanmasını yubatmaqdır. Sərhəddəki mütəmadi təxribatların məqsədi budur. Əgər Ermənistan real sülhdə maraqlı olsaydı, o zaman hər hansı təxribat baş verməzdi. Bütün təxribatlara görə birbaşa məsuliyyəti İrəvan hakimiyyəti daşıyır. Belə məqamda hansısa sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. Çünki Ermənistan burada pozucu rol oynayır. İrəvan anlamalıdır ki, Azərbaycan tərəfi heç bir güzəştə getməyəcək. İstər sərhəddə, istərsə də Qarabağda ermənilərin bütün təxribatlarının qarşısı alınacaq. Erməni tərəfinin təxribatları davam edərsə, cavab çox sərt olacaq. Bu isə Ermənistan üçün növbəti faciə və insan itkisi deməkdir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-04-2022, 11:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər