reklam
Regionxeberlericom.az » Siyasət » “Polşanın rəhbər xətti son vaxtlar narahatlıq yaradır” – Peskov

reklam

“Polşanın rəhbər xətti son vaxtlar narahatlıq yaradır” – Peskov
















Polşanın rəhbər xətti son vaxtlar narahatlıq yaradır, o, anti-Rusiyadır və döyüşkəndir, bu, gərginliyin artmasına gətirə bilər.

Bu barədə martın 4-də brifinqdə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Polşanın nüvə silahını yerləşdirməyə hazır olduğunu şərh edərkən deyib.

Bundan əvvəl Polşa Baş nazirinin müavini, Milli təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədri Yaroslav Kaçinski «Welt am Sonntag»ə müsahibəsində bəyan edib ki, Polşa özündə ABŞ-ın nüvə silahını yerləşdirməyə hazırdır (RİA «Novosti»).

Bu gün isə Baş nazir Mateuş Moravetski Avropa İttifaqına «Vahid Rusiya» partiyasının bütün üzvlərinə qarşı sanksiya tətbiqini təklif edib. Bundan başqa, o hesab edir ki, rusiyalılara şengen vizası verilməsini dayandırmaq lazımdır - humanitardan başqa.

Onun sözlərinə görə, Aİ vizanı yalnız Rusiyanı tərk etmək istəyənlərə verməlidir.




Paylaş:


Müəllif : Tarix:
5-04-2022, 14:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər