reklam
Regionxeberlericom.az » Siyasət » DTX və XKX-ya YENİ SƏLAHİYYƏT verildi

reklam

DTX və XKX-ya YENİ SƏLAHİYYƏT verildi


Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinə cərimə tətbiq etmək səlahiyyəti verilib

Öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti hərbi qeydiyyat qaydalarının pozulmasına görə cərimə tətbiq etmək səlahiyyəti verilib.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanda edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 606.2.3-ci maddəsinə əsasən, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə otuz manat məbləğində cərimə edilir. Çağırışçıların və hərbi vəzifəlilərin qanunla nəzərdə tutulmuş hallarda çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə isə əlli manat məbləğində cərimə edilir.




Paylaş:


Müəllif : Tarix:
5-04-2022, 17:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər