reklam
Regionxeberlericom.az » Siyasət » Aİ Rusiyaya qarşı yeni sanksiyalar planını açıqladı

reklam

Aİ Rusiyaya qarşı yeni sanksiyalar planını açıqladı
















Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı şəxsi sanksiyalar tətbiq edilən şəxslərin siyahısını genişləndirəcək və Rusiya Federasiyasının bəzi diplomatlarını geri göndərəcək.

Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell brifinq zamanı deyib.

Onun sözlərinə görə, yeni məhdudiyyətlər onlarla siyasətçi, biznesmen, təbliğatçı, eləcə də hərbi, sənaye, nəqliyyat və s. şirkətlərə şamil olunacaq.

Borrel Rusiyanın Avropa İttifaqındakı səfirliyinin bəzi nümayəndələrini də “arzuolunmaz” adlandırıb. Qovulan diplomatların dəqiq sayı hələlik məlum deyil.

"Rusiyanın Aİ və ayrı-ayrı üzv dövlətlərin maraqlarına və təhlükəsizliyinə qarşı yönəlmiş qanunsuz və təxribatçı hərəkətləri, o cümlədən Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının pozulması cavabsız qalmayacaq. Bu gün mən Rusiyanın Aİ yanında daimi nümayəndəliyinin diplomatik statusa zidd fəaliyyətlərinə görə Rusiyanın bir sıra rəsmilərini “persona non qrata” elan edirəm”, - Cosep Borrell bildirib.

Məhdudiyyətlərə Rusiyadan kömür idxalına illik 4 milyard avro məbləğində qadağa, Rusiyanın 4 əsas bankı üçün ümumi əməliyyat qadağası, Rusiya gəmiləri və yüklərinin Aİ limanlarına çıxışına qadağa, Rusiya və Belarus avtomobil nəqliyyatının operatorlarının Aİ magistrallarına daxil olmasına qadağa daxildir.




Paylaş:


Müəllif : Tarix:
5-04-2022, 22:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər