Brüssel görüşünün əsas HƏDƏFİ NƏDİR? - Qərbin Rusiyaya qarşı planı, yoxsa...
Bu gün - aprelin 6-da gözlər Belçika paytaxtı Brüsseldə olacaq. “Yeni Müsavat” bildirir ki, Qərb paytaxtında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Mişel iki ölkə liderlərinin görüşünü ötən ilin dekabrında da təşkil etmişdi və bir sıra qərarlar qəbul edilmişdi. Bu dəfə keçiriləcək görüşdə hansı məsələlərin razılaşdırılacağı haqda müəyyən ehtimallar səsləndirmək olar. Lakin bu prosesdə bir xüsusata diqqət çəkmək lazımdır ki, Ukrayna müharibəsinə görə Avropa İttifaqı ilə Rusiya arasında münasibətlər “soyuq müharibə” həddindədir.
Avropa Şurasında səsvermə hüququnu itirən Rusiya ötən ay bu qurumda fəaliyyətini dayandırdığını elan edib, az qala Avropa egidası altında olan bütün qurumlardan çıxıb. Belə bir şəraitdə təbii ki, Rusiya Qarabağda baş verən son hadisələrin Qərb masasında müzakirə edilməsində maraqlı deyil. Rusiya xüsusilə Ukraynadakı müharibədən sonra Qərb platformasında təşkil edilən belə görüşləri Cənubi Qafqazda əsas vasitəçi roluna təhlükə hesab edir. Ona görə Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə danışıqlar aparmaq təklifindən narahat olduğunu Moskva gizlətmir də.
Ekspertlərə görə, Rusiya prezidentinin görüş ərəfəsi İrəvan və Bakıya zəngi, xüsusilə Paşinyanla iki dəfə danışması Moskvanın narahatlığını ehtiva edir. Özəlliklə Ermənistan rəhbərinin Qərblə Rusiya arasında sürüşkən mövqeyini bildiyindən onunla iki dəfə əlaqə saxlamağa ayrıca ehtiyacı yaranıb. Rusiya onu da anlayır ki, hazırda özünün hərtərəfli izolyasiyası prosesi gedir və Brüsselin belə bir zamanda görüş təşəbbüsü göstərməsi Kreml tərəfindən xoş qarşılana bilməz. Moskva prosesin öz nəzarətindən çıxmasını istəmir və belə məsələlərə aqressiv yanaşır.
Rusiya həm də demək istəyir ki, əsas məsələləri Kreml həll edir və Avropa Birliyi Qarabağdakı situasiyanı heç vaxt dəyişə bilməz. Hətta Brüsseldə hansısa razılaşmalar olsa belə, Rusiya əsas qüvvə kimi nəzərə alınmağı tələb edəcək. Bu olmasa, prosesi sabotaj edəcək. Azərbaycan bu görüşə normal yanaşsa da, İrəvan görüşün Brüsseldə keçirilməsindən cürətlənərək özünə sərf edən hansısa tələblər həyata keçirmək fürsəti bilir. Ancaq dekabrdakı görüşə də böyük həvəslə getmiş Paşinyan Avropa paytaxtından suyu süzülə-süzülə qayıtmış, xüsusən status mövzusunda istəyinə nail ola bilməmişdi.
Rusiya status məsələsində Avropa qurumlarından fərqli olaraq İrəvana heç bir dəstək vermir. Ona görə İrəvan Brüsseldə heç olmasa, “mədəni muxtariyyət” məsələsini qaldırmağa cürət edə bilər. Amma Azərbaycan dəfələrlə qeyd edib ki, status məsələsi artıq müzakirə predmeti deyil. Bu baxımdan Brüsseldə ciddi nəticənin əldə olunacağı real görünmür. Bəs Avropa İttifaqının gözlənilməz görüş təklifində hədəfləri nədir? Ukraynanı Rusiyaya qarşı silahlandıran Avropa və onun əsas strukturunun Qarabağda, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqları nədən ibarətdir? Əvvəlki dövrlərdə bunu Avropanın təhlükəsizliyi kimi izah edirdilər, amma Ukrayna müharibəsi belə bir terminin üstündən xətt çəkdi. Avropa İttifaqı Rusiyanı qıcıqlandırmaq üçün belə bir görüş təşkil edirmi? Moskva öz narahatlığında nə qədər haqlıdır? Dia.az-ın məlumatına görə, Ankara Universitetinin professoru Toğrul İsmayıl “Yeni Müsavat”a qeyd etdi ki, danışıqlar vacibdir, Azərbaycan və Ermənistan dayanıqlı sülh sazişinin əldə olunması üçün hər görüşdə müəyyən irəliləyişlər əldə etməlidirlər. Bununla belə, T.İsmayıl Brüsseldəki görüşdən böyük ölçüdə ciddi dəyişikliklər gözləmir. Ekspertin fikrincə, Avropa bölgədə sülhün əldə olunması üçün nələrsə etməyə çalışır, bu görüşə də pozitiv bir hadisə kimi baxmaq lazımdır: “Amma sülh müqaviləsi olacağını hələlik gözləmirəm. Çünki Rusiya faktorunu nəzərə almaq lazımdır, habelə Avropanın daxilində bəzi dövlətlərin məsələyə yanaşması birmənalı deyil. Odur ki, Brüssel zirvəsində bəzi məsələlərlə bağlı ortaq qərarlar qəbul edilə bilər, sadəcə, hər şeyin bir görüşlə həll olacağını söyləmək olduqca tezdir”.
T.İsmayıl hesab edir ki, Rusiya Qərbin bütün addımlarını özünə yönəlmiş kimi görür və bölgədə Avropa Birliyinin fəallığına isti yanaşmır: “Ermənistan ”siyasi muxtariyyət" istəyir və bunu Brüsseldə qaldıra bilər. Ancaq Azərbaycan mədəni muxtariyyət təklif edir. Bu ölkədə azsaylı xalqlar kimi ermənilərin də mədəni hüquqları ola bilər, amma siyasi muxtariyyəti Azərbaycan qəbul etmir. Ona görə Brüsseldə böyük miqyasda dəyişiklik olacağını düşünmürəm".
REAl Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin fikrincə, bundan qabaqkı Brüssel zirvəsində bir neçə istiqamətdə irəliləyiş əldə olunmuşdu, Rusiya görüşündən fərqli olaraq. Onun sözlərinə görə, indi də həm İrəvan, həm Bakıdan pozitiv açıqlamalar var: “Təbii ki, bir görüşlə böyük sülh müqaviləsi, yaxud sənəd imzalanmasını gözləmək olmaz. Amma daimi fəaliyyət göstərən sülh masası qurulması mümkündür. Bu da irəliyə doğru ciddi addım olardı, beynəlxalq ictimaiyyətə də mesaj verilərdi ki, hər iki tərəf sülh üçün hazırdır. Bundan sonra hansısa paytaxtların birində daimi sülh masası qurula bilər ki, davamlı görüşlər keçirilsin, bir neçə ay ərzində sülh müqaviləsinə doğru ciddi addımlar atılsın”.
N.Cəfərli Rusiyada olan narahatlığı normal sayır: “Amma Azərbaycanın və Ermənistanın Rusiyanı kənarda qoyması problem yarada bilər. Çünki sülhməramlılar regiondadır. Ona görə növbəti açıqlamalarda Rusiyanın pozitiv, sülhpərvər olması haqda ibarələr yer ala bilər ki, Moskva qıcıqlanmasın. Hər bir halda Brüssel görüşü sülh danışıqlarında ciddi nəticə əldə etməyə doğru platforma ola bilər”.
Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə qəzetimizə qeyd etdi ki, digər görüşlər kimi Brüssel toplantısı da vacib əhəmiyyət daşıyır: “Söhbət 30 il ərzində müharibə səviyyəsində olan iki dövlətin danışıqlarından gedir. İndi isə Bakı və İrəvan üçün yeni addımların atılması vacibdir. Amma Ermənistanın azad olmaması, Paşinyanın dünyanın bəzi ölkələrindən asılılığı istədiyi qərarları verməsinə mane olur. Faktiki olaraq, Azərbaycan Ermənistana sülh sazişi üzrə 5 təklif irəli sürüb, Paşinyan zəhmət çəkib cavab versin. O baxımdan Brüsseldə humanitar məsələlərin müzakirəsi, qarşılıqlı dialoqun davam etdirilməsi barədə razılığın əldə olunması gözlənilir. Eyni zamanda bu görüşdə də tərəflərə imkan yaradılacaq ki, ikitərəfli danışıqlar aparılsın. Yəni vasitəçi olmadan, üçüncü tərəfin eşitmədiyi halda müzakirə aparılması yaxşı haldır”.
Z.Məmmədov hesab edir ki, Qərb bundan belə Cənubi Qafqazda aktiv olacaq: “Bu vəziyyət Rusiyanı narahat etməyə bilməz. Paşinyanla telefon danışıqları, üçlü danışıqlar göstərir ki, Moskva prosesləri əldən buraxmaq niyyətində deyil. Əlbəttə, geosiyasi qütblər arasında ziddiyyət yarışma ab-havası yaradır. Lakin madam belədir, o zaman Rusiya və ABŞ bilməlidirlər ki, Azərbaycanın maraqlarını həyata keçirmək lazımdır. Əfsus ki, Qarabağın dağlıq hissəsi ilə bağlı Rusiya və Amerikadan eyni mövqeni görməkdəyik. Qabağdan silahlı birləşməli çıxarılmalıdır ki, bölgədə sabitliyə şərait yaransın, qalacaqlarsa, yeni partlamalar istisna deyil”.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-04-2022, 09:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər