Avstriya kansleri Kiyevdən sonra Moskvaya gedir
Avstriyanın Federal Kansleri Karl Nehammer sabah Moskvaya səfər edib.
Hökumət başçısı bu səfərin Moskva və Kiyev arasında dialoqun inkişaf etdirilməsi məqsədini daşıdığını bildirib.
Qeyd edilib ki, səfər Avropa İttifaqının müvafiq qurumları ilə razılaşdırılıb.
Münaqişə başlayandan rəsmi Vyana özünün hərbi neytrallığını dəfələrlə vurğulasa da, əxlaqi, siyasi və diplomatik sahədə məsələyə biganə qalmayacağını bəyan edib.
Aprelin 9-da gözlənilmədən Kiyevə səfər edən K.Nehammer qeyd edib ki, Moskva səfərində əsas hədəfi Ukraynadakı insanlara kömək etmək, hərbi əməliyyatların dayandırılmasına və sülhə nail olmaqdır.
Qeyd edilməlidir ki, fevralın 24-dən bəri ilk Avropa İttifaqı üzvünün hökumət başçısı qismində K.Nehammer səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə birbaşa görüşmək imkanına malik olacaq.
K.Nehammerin sözlərinə görə, Moskva səfəri onun şəxsi təşəbbüsü əsasında keçiriləcək və bu barədə qərarı hələ Kiyevə səfəri planlaşdırılarkən verib.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-04-2022, 23:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər