reklam
Regionxeberlericom.az » Siyasət » Ermənilər Pasxa bayramlarını Kəlbəcərdəki məbədimizdə qeyd etdi?.. - BU NƏDİ BELƏ?

reklam

Ermənilər Pasxa bayramlarını Kəlbəcərdəki məbədimizdə qeyd etdi?.. - BU NƏDİ BELƏ?


Qarabağdakı ermənilərin yenidən Kəlbəcərdəki Xudavəng məbədimizi ziyarət etməsi haqda xəbərlər yayılıb.

"Qarabağın 10-dan çox kilsəsində, o cümlədən 30 nəfərin sülhməramlıların müşayiəti ilə getdiyi Dadivank(Xudavəng-S.L.) monastırında Pasxa mərasimləri keçirilib". Moderator.az xəbər verir ki, bunu erməni apostol kilsəsinin "Artsax" yeparxiyasının nümayəndəsi "Kavkazskiy uzel" nəşrinin müxbirinə bildirib.

"Dadivankı ziyarət etmək və Pasxa mərasimində iştirak etmək istəyənlər çox idi. Amma bizə cəmi 30 nəfəri aparmağa icazə verdilər. Rusiya sülhməramlıları zəvvarları Stepanakertdən Dadivanka və geriyə doğru müşayiət etdilər", - deyə Qarabağ yeparxiyasının nümayəndəsi bildirib.

Məlumata görə, Xankəndi sakini Sofiya Babayan da dünən Xudavəngdə olub.

"Dadivanka səfər insidentsiz keçdi, rus sülhməramlıları zəvvarları müşayiət etdilər. Ümid edirik ki, Dadivank ziyarəti vaxtaşırı təşkil olunacaq, çünki bu müqəddəs yeri ziyarət etmək istəyən çoxlu dindarlar var." -erməni qadın belə deyib.

Qeyd edək ki, Rusiyanın Azərbaycan torpaqlarındakı "sülhməramlı" hərbi kontingentinin komandanlığı ermənilərin Xudavəng məbədinə ziyarətini təşkil etməsi haqda heç bir məlumat yaymayıb.

Xatırladaq ki, Moderator.az hələ aprelin 12-də erməni Apostol kilsəsinin Qarabağ yeparxiyasının aprelin 17-də - ermənilərin Pasxa bayramı qeyd etdiyi bazar günü Azərbaycan Respublikasının Kəlbəcər rayonunda yerləşən Xudavəng monastırına ziyarət təşkil etməyə hazırlaşması haqda xəbərdarlıq etmişdi...

Zəruri xatırlatma və şərh:

10 noyabr 2020-ci il razılaşmasına əsasən Xudavəng məbədinin girişində Rusiya hərbçilərinin postu yerləşdirilib. 2020-ci ilin dekabrında Azərbaycan tərəfindən Alban-udin xristian provaslav icmasının sədr müavini Rafiq Danakari Xudavəng monastırına vaiz təyin olunsa da və həmin icma nümayəndələri məbədimizi bir neçə dəfə ziyarət etsə də, erməni keşişləri daim orada qalmaqda davam edir. Lakin 2021-ci ilin mayından Azərbaycan ordusu erməni zəvvarların işğal dövründə erməniləşdirdikləri bu qədim məbədimizə ziyarətinə qadağa qoyub. Həmin vaxta qədər ermənilər Rusiya "sülhməramlı"larının müşayiəti ilə məbədi ziyarət ediblər.

Öncəki yazılarımızda da qeyd etdiyimiz kimi, Qarabağdakı "qədim erməni abidəsi" adlandırılan bütün digər tarixi abidələr sırasında Xudavəng məbədi də qədim Azərbaycan abidəsidir. İkincisi də məbədin olduğu ərazi tam şəkildə Azərbaycan dövləti və ordusunun nəzarəti və yurisdiksiyasındadır. Belə olduğu halda erməni keşişləri birdəfəlik oradan qovulmalı və əvəzində Azərbaycan tərəfindən təyin olunmuş dini icma daimi olaraq məbəddə yerləşdirilməlidir...




Paylaş:


Müəllif : Tarix:
18-04-2022, 10:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər