reklam
Regionxeberlericom.az » Siyasət » Azərbaycan polisi Xankəndiyə daxil olacaq - Akopcanyan

reklam

Azərbaycan polisi Xankəndiyə daxil olacaq - Akopcanyan


Ermənistanda artıq uşaqlı-böyüklü hamı dərk etməyə başlayıb ki, Bakı Qarabağda vəziyyəti tam olaraq öz nəzarətinə götürmək niyyətindədir.

regionxeberlericom.az axar.az-a istinadla xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Razmik Akopcanyan bildirib.

“Hazırda hər şey Azərbaycanın əlinə oynayır. Siyasi prosseslər, Avropanın qaza asılılığı... İrəvanın bu təzyiq içində başı fırlandı, Bakı isə dividentlər yığdı.

“Moskva” kreyseri kimi Rusiyanın 3 gəmisi var idi. İndi ikisi qaldı. Bu, Kreml üçün həm hərbi, həm də psixoloji cəhətdən çox böyük zərbə oldu. Artıq Rusiyanın Qara dənizdə donanması yoxdur. Demək ki, rus əsgərləri Qarabağda yavaş-yavaş azalacaq və həmin ərazilərə Azərbaycan Ordusu daxil olacaq. Bu gün-sabah Azərbaycan polisi və əsgəri Xankəndidə öz qaydalarını tətbiq edəcək. Oradakı ermənilər isə sakitcə tabe olacaq”, - deyə o qeyd edib.




Paylaş:


Müəllif : Tarix:
18-04-2022, 15:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər