Avropa İttifaqı Ukraynanın bərpası üçün fond yaradacaq
Avropa İttifaqı Ukraynanın bərpası üçün fond yaradacaq və sanksiyaları sərtləşdirməyə davam edəcək. "Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen dünya liderlərinin qapalı videokonfransının yekunlarına görə bildiriblər.
Şarl Mişel qeyd edib ki, konfrans zamanı Ukraynaya gələcək humanitar, maliyyə və hərbi yardımın zəruriliyi müzakirə olunub. Həmçinin, Avropa İttifaqı xüsusi həmrəylik fondu yaradacaq və ondan Ukraynanı bərpa etmək üçün istifadə olunacaq.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları gücləndirməyi və Ukraynaya maliyyə və təhlükəsizlik yardımını artırmağı planlaşdırır.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-04-2022, 23:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər