“RUSİYA NÜVƏ ZƏRBƏSİ ÜÇÜN ƏSAS HAZIRLAYIR” – “Üç ssenari var”
“Rusiya Müdafiə Nazirliyi guya ABŞ-ın Ukrayna şəhərlərində kütləvi qırğın silahlarıyla bağlı təxribat hazırladığına dair bəyanat yayıb və bununla da özünün gələcək addımlarına haqq qazandırıb”.
Ukraynanın “Unian.net” portalında Rusiyanın nüvə zərbəsi planlarıyla bağlı dərc edilən yazıda Kremlin 3 ssenari üzərində düşündüyü bildirilir.
Qeyd edək ki, doğrudan da Rusiya MN Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi İqor Kirillov guya ABŞ-ın Ukraynada təxribat hazırladığı və bu planın “Rusiya silahlı qüvvələrinin uğurlarına” cavab olduğunu bəyan edib. Məqsəd isə bununla da Rusiyanın BMT Təhlükəsizlik Şurasından qovulmasına, Hindistan və Çin kimi ölkələrin də Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə və s. hesablanıb. Artıq Kreml təbliğatçıları intensiv şəkildə bu mövzunu öz verilişlərində “fırlatmağa” başlayıblar.
Lakin Ukrayna tərəfi hesab edir ki, Rusiya tərəfi həmişəki kimi, gələcəkdə atacağı addımlara əsas yaratmaq üçün bu cür saxta məlumatlar yayımlayır və bəyanatlar verir. “Unian.net” portalındakı sözügedən yazıda qeyd olunur ki, Rusiyanın Ukraynada tətbiq etməsi mümkün olan plan üç ssenaridən ibarətdir: “Rusiyanın nəzərdən keçirdiyi obyektlər arasında Xarkovdakı yüksək radiasiya təhlükəli obyektlər və Kiyevdəki bioloji obyektlər var, eləcə də Rusiya nüvə enerji obyektlərinə hücumları mümkün sayır”. Söhbət Rusiyanın bu tip obyektləri vurması ehtimalından gedir. Artıq bir neçə dəfə həmin obyektlərin ətrafında müəyyən silahlı insidentlər və təxribatlar yaşanıb.
Digər iki variantı da qeyd edən portal, yazır: “İşğalçıların mümkün saydıqları ikinci sseanariyə görə Rusiya qoşunları “kiçik həcmli” kütləvi qırğın silahları ilə zərbə endirə bilərlər. Hədəflər sırasında Mariupol var. “Azov” döyüşçüləri artıq hərbçilərlə yanaşı dinc sakinlərin də yerləşdiyi “Azovstal”da onlara qarşı zəhərli maddələrdən istifadə olunduğunu bildiriblər. ABŞ və ATƏT-in məlumatlarına görə isə bunlar gözyaşardıcı qazla kimyəvi maddələrin qarışığı olub. Üçüncü ssenari isə daha az ehtimal olunandır. Bu, Slavyansk və Kramatorsk istiqamətində bioloji silahdan istifadə edilməsidir”.
Xatırladaq ki, son olaraq kütləvi qırğın silahları mövzusunu Rusiya tərəfindən XİN rəhbəri Sergey Lavrov gündəmə gətirib. O, ““xüsusi əməliyyat”ın hazırkı mərhələsində yalnız adi silahlardan istifadə variantını nəzərdən keçiririk” deməklə, müharibənin növbəti fazalarında nüvə silahından istifadənin mümkünlüyünə eyham vurub. Lakin əksər ekspertlər hesab edirlər ki, nüvə silahından istifadə Rusiyanın və onun rəhbərliyinin sonunu tezləşdirəcək və istənilən nüvə zərbəsinə qarşılıq olaraq, böyük ehtimalla cavab zərbəsi endiriləcək. Hətta Böyük Britaniyanın Baş naziri Boris Consonun xəbərdarlıq etdiyi, Rusiya Ukraynada nüvə silahından istifadə edərsə, Britaniyanın da öz NATO müttəfiqlərilə məsləhətləşmədən belə, dərhal Rusiyaya nüvə zərbəsi endirəcəyini söylədiyi bildirilir. Məşhur rusiyalı jurnalist və siyasi xadim Andrey Piontkovski isə son açıqlamalarının birində Rusiyanın nüvə silahından istifadəsini əhəmiyyətsiz və mümkünsüz saydığını deyib. Çünki Putin bunun son olacağını anlayır və ölmək istəmir: “Putin ölümdən daha çox qorxur, nəinki Ukraynadakı məğlubiyyətindən”.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-04-2022, 00:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər