Blinken və Ostin yük təyyarəsində Kiyevə gedib
ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin ötən gün Kiyevə səfər ediblər.
Bu barədə “Agence France-Presse” Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Rəsmilərin dediyinə görə, Blinken və Ostin ABŞ diplomatlarının bu həftə başlayacaq mərhələli şəkildə Ukraynaya qayıdışını elan ediblər. Bundan əlavə, ABŞ rəsmiləri Ukraynaya birbaşa və dolayısı ilə 700 milyon dollardan çox hərbi yardım verəcəklərini elan ediblər.
“New York Times” qəzeti Dövlət Departamenti və Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən yazır ki, 713 milyon dollar məbləğində maliyyə yardımı Ukrayna və Şərqi Avropa ölkələri arasında bölüşdürüləcək.
Vurğulanır ki, Ostin və Blinken Vladimir Zelenski ilə görüşdə kömək və diplomatların geri qaytarılması ilə bağlı bəyanatlar veriblər.
Nəşrin məlumatına görə, amerika rəsmilərinin səfəri həddindən artıq məxfilik şəraitində planlaşdırılıb, ona görə də Blinken və Ostin ABŞ Hərbi Hava Qüvvələrinin yük təyyarələrində uçublar və onları idarələrin azsaylı əməkdaşları müşayiət ediblər.
Agentliyin məlumatına görə, Blinken və Ostinin Kiyevə səfəri Rusiyanın xüsusi əməliyyatı başlayandan bəri yüksək rütbəli Amerika nümayəndələrinin Ukraynaya ilk səfəri olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-04-2022, 10:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər