reklam
Regionxeberlericom.az » Siyasət » “Aİ-nin yeni sanksiyaları Rusiyadan neft idxalına aid olacaq” - Şarl Mişel

reklam

“Aİ-nin yeni sanksiyaları Rusiyadan neft idxalına aid olacaq” - Şarl Mişel
















Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyaları bu ölkənin neftinin tədarükünə qarşı tədbirləri əhatə edəcək.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bildirib.

"Əminəm ki, Aİ Şurası qaçılmaz şəkildə xüsusən Rusiya neftinə qarşı növbəti sanksiyalar tətbiq edəcək", - Mişel Yunanıstanın Aleksandrupolis şəhərində üzən LNG terminalının tikintisinə başlanılması ilə bağlı danışarkən deyib.

Aİ Şurasının rəhbəri, həmçinin üzən LNG terminalının tikintisi üzrə işlərin vaxtında başlanmasına işarə edib, onun sözlərinə görə, bu, Avropaya “qaz tədarükünü şaxələndirməyə, enerji infrastrukturunu gücləndirməyə və Rusiyanın qalıq yanacaqları asılılığı tədricən azaltmağa kömək edəcək”.

"Bu layihə açıq şəkildə Aİ-nin enerji təchizatının təhlükəsizliyinə və iqlim dəyişikliyi ilə bağlı uzunmüddətli hədəflərimizə töhfə verir", - Mişel vurğulayıb.




Paylaş:


Müəllif : Tarix:
3-05-2022, 20:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər