“Türkiyənin hərbi bazalarının bir hissəsi Azərbaycanda yerləşdiriləcək” - İDDİA
Son günlər Ermənistanın paytaxtı İrəvanda revaşist qüvvələr etiraz aksiyaları təşkil edir, bununla həm də Azərbaycanla sülh sazişinin imzalanmasına mane olmağa çalışırlar. Bəzi siyasətçilər isə bu gərginliyin Kremldən qaynaqlandığını iddia edir və Cənubi Qafqazda sülhə mane olmaq cəhdi kimi qiymətləndirirlər. Sabiq dövlət müşaviri, professor Qabil Hüseynli Reyting.az-a müsahibəsində həm Ukrayna məsələsində Azərbaycanın prinsipial mövqeyindən danışıb, həm də Rusiyanın Cənubi Qafqazla bağlı məkrli planlarından söz açıb.
- Qabil bəy, ötən gün Azərbaycan prezidenti İlham Əliyev Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini növbəti dəfə elan etdi. Bu baxımdan Azərbaycanın Ukrayna siyasəti nədən ibarətdir?
- Azərbaycan lap əvvəldən Krımın ilhaqını tanımayıb, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Hesab edib ki, beynəlxalq hüququn dəyişməz prinsiplərinin bu bölgədə pozulması yolverilməzdir.
Azərbaycan həm də Rusiyanın bölgədə apardığı hərbi əməliyyatlara eyham vuraraq bildirib ki, bunlar beynəlxalq hüquq qaydalarının pozulmasıdır.
Doğrudur, bəzi məsələlərdə Azərbaycan çəkingən hərəkət edərək sözlərini ehtiyatla deyib. Amma son 20 gündə Azərbaycan bu məsələlərdə prinsipial mövqe tutub. Bu mövqeyin məğzini - Krım da daxil olmaqla, Ukraynanın ərazi bütövlüyünü müdafiə təşkil edir.
Azərbaycan eyni zamanda Ukraynada müharibənin dayandırılmasını istəyir. Əlbəttə, müharibənin dayandırılmasının daha çox Rusiyadan asılı olduğunu, bunun üçün rus ordusunun işğal etdiyi Ukrayna ərazilərindən çıxarılmalı olduğunu da bilir. Azərbaycan prezidentinin Ukraynaya iki rəsmi səfərini, bu ölkəyə göndərilən humanitar yardımları, bütövlükdə əvvəlcədən Ukrayna ilə olan dostluq münasibətlərini nəzərə alsaq deyə bilərik ki, Azərbaycanın ortaya qoyduğu münasibət prinsipialdır. Buna görə də Rusiyanın qəzəbinə tuş gəlməyə başlamışıq. Rusiya Ermənistan vasitəsi ilə Brüsseldə əldə olunan sülhyaratma prosesini pozmağa başlayıb. Rusiya Cənubi Qafqazda sülhə mane olur. Onun rolu Azərbaycanı hansısa formada cəzalandırmaq xarakteri daşıyır. Amma Azərbaycan və Türkiyə Rusiyanın bölgədə sülhyaratma prosesini pozan biabırçı missiyasına əhəmiyyət vermir. Azərbaycan bunu təmkinlə qarşılayır, Ermənistanla ikili sürətdə sülhyaratma prosesini qurmağa çalışır. Təəssüflər olsun ki, hələlik Nikol Paşinyan Rusiyanın qorxusundan ən prinsipial məsələlərə getməyə çəkinir. Beləliklə, bölgədə sülhyaratma prosesində ləngimənin yaradıldığını desək yanılmarıq.
- Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan görüşüb və növbəti görüş gözlənilir. Bu görüşdən nə gözləmək olar, proses sülh müqaviləsinə çatmaq üçün inkişaf etdirilirmi?
- Rusiya görüşlərin səviyyəsini aşağı sala bildi. Avropa Birliyi də hələlik Rusiya ilə qarşıdurmaya getməyərək görüşlərin aşağı ranqlı məmurlarla keçirilməsinə etiraz etmədi. Faktiki olaraq Hikmət Hacıyev və ya onların Qriqoryanı bu görüşlərdə lazım olan fikirləri ifadə edirlər. Amma bir az qorxulusu odur ki, Ermənistanın səs tonu dəyişib.
- Nəyi nəzərdə tutursunuz?
- Dünənə qədər Qarabağ probleminin Azərbaycan Konstitusiyası çərçivəsində həllini qeyd edən Paşinyan başda olmaqla erməni tərəfi indi “başqa avaz oxumağa çalışır”. Onlar Azərbaycan ərazisindəki (Qarabağdakı) ermənilərin hüquqları müdafiə edilmədən sülhyaratma posesinin mümkünsüzlüyündən danışmağa başlayıblar. Avropa İttifaqı isə bu cür düşünmür, hesab edir ki, Azərbaycan öz ərazisində olan ermənilərə vətəndaşlıq, lazımi hüquqlar verə və onları müdafiə edə bilər.
Amma Rusiyanın ötürməsi ilə Ermənistan rəsmiləri ağızlarına gələni danışır, beynəlxalq hüquq münasibətlərindən kənara çıxan fikirlər səsləndirirlər. Sülhyaratma prosesi də burada tıxanır. Baxaq görək, aşağı səviyyələrdə bu prosesləri Avropa Birliyinin dəstəyi ilə müəyyən səviyyəyə gətirib çıxarmaq nə qədər mümkün olacaq.
- Necə düşünürsünüz, Rusiya Avropa İttifaqı xətti ilə aparılan danışıqları tam poza biləcəkmi?
- Mən qətiyyən belə zənn etmirəm, müvəqqəti pauza yaranıb. Rusların demoqoji ötürmələri ermənilərdə prosesə müvəqqəti yanaşma fərqi yaradıb. Amma proses belə getməyəcək.
Rusiya bu saat dünyada ən çox təklənən və küncə sıxılan dövlətdir. Nə edək ki, ermənilər hələlik ruslardan ilham almağa meyllidirlər. Ermənilər görmürlər ki, bir neçə aydan sonra ruslar Ukraynadan sülh istəyəcək, NATO və ABŞ-dan imdad diləyəcək? Ən uzağı bu ilin sonlarına qədər küncə qoyulan əsgər kimi “farağat” dayanmağa məcbur olacaqlar. Üstəlik, bu dövr ərzində qardaş Türkiyənin hərbi bazalarının bir hissəsi Azərbaycanda yerləşməyə başlayacaq. Və bu, bölgədə quç uçurmağa belə imkan verilməyəcək.
- Ermənistanda siyasi ab-hava yenidən qızışır. Artıq iki gündür ki, revanşist erməni müxalifəti İrəvanın küçələrində aksiyalar keçirir, küçə taktikası ilə Paşinyan hakimiyyətini yıxmağa çalışırlar. Əsas şüar isə Qarabağla bağlıdır. Bu baxımdan İrəvandakı vəziyyəti necə qiymətləndirirsiniz?
- Revanşist qüvvələri ruhlandıran və belə aksiyalara təhrik edən Moskvadır. Əslində revanşist qüvvələrin aparıcı hissəsi kimlərdir? Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan və müəyyən qədər də Daşnaksütyun Partiyası. Eləcə də Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Ovanesyan. Amma bu tiplərin elektoratı yoxdur. Yerli ermənilər Qarabağ ermənilərinə nifrət edir,- desək yanılmarıq. Yerli ermənilər Paşinyanın nə etmək istədiyini anlayır, onu müdafiə edir və bölgədə sülhün yaranmasını istəyirlər. Yəni dinc yaşamaqda maraqlıdırlar. Amma təəssüflər olsun ki, erməniləri qızışdıranlar var. Rusiyanın Ermənistanda olan hərbi hissəsinin kəşfiyyat qurumları, eləcə də Moskvadan külli miqdarda pul alan Robert Köçəryan. Bu insanlar əslində Ermənistanda sabitliyi pozmağa çalışırlar. Məncə, daxili siyasətdə Paşinyan hələlik cəsarətli davranır, hakimiyyətin bütün qollarını nəzarəti altında saxlamağı və revanşistlərə lazımi cavablar verməyi bacarır. Yaxşı mənada Nikol Paşinyan hakimiyyətin vintlərini bərkidib, hər cür təxribata barışmaz olan strukturları daima saz vəziyyətdə saxlamalıdır ki, belə təxribatlar baş tutmasın. Əlbəttə, revanşist qüvvələrin vasitəsilə Rusiya faktiki olaraq Paşinyana təsir etməyə, öz planlarını həyata keçirməyə və sülhyaratma prosesinə əngəl olmağa çalışır. Amma indi dünyanın istiqaməti başqa səmtədir. Ermənilər gec-tez bizimlə hesablaşmağa məcbur olacaqlar.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-05-2022, 14:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər