reklam
Regionxeberlericom.az » Siyasət » Erməni analitik İrəvanda baş verənləri şərh etdi: - “Bizim yeni müharibə aparmaq şansımız yoxdur”

reklam

Erməni analitik İrəvanda baş verənləri şərh etdi: - “Bizim yeni müharibə aparmaq şansımız yoxdur”

Son günlər Ermənistanda aramsız etiraz aksiyaları keçirilir. Etirazçılar Paşinyan hakimiyyətini zor gücünə devirmək niyyətlərini də gizlətmirlər. Əllərində bəhanələri də var: Paşinyan hakimiyyəti Qarabağı Azərbaycana təslim etmək istəyir.

Bəs bu cütlük hakimiyyəti ələ keçirərsə, nə baş verə bilər? Ermənilərin Qarabağı yenidən işğal etmək iştahaları nə qədər realdır?

Ermənistanın “Armianreport” nəşrinin analitiki Tevos Arşakyan da bu gün dərc olunan məqaləsində sözügedən suala cavab axtarıb və “mümkün deyil” qənaətinə gəlib.

regionxeberlericom.az ovqat.com-a istinadən erməni analitikinin “Köçəryan-Sarkisyan ittifaqı Ermənistanı həzmi-rabedən keçirəcək, həm də boğmadan” sərlövhəli məqaləsini təqdim edir:

***

“Artıq neçə gündür ki, Ermənistanda bir neçə vətəndaş itaətsizliyi aksiyası keçirilir. Aksiyaları təşkil edənlər Köçəryan, Sarkisyan və Vanetsyanın marionetləri olan barışmaz müxaliflərdir. Onlar İrəvanda iğtişaşlar törədir, küçələri bağlayır, asayiş keşikçiləri ilə mübarizə aparır və mövcud hökumətin istefasını tələb edirlər.

Mübahisə etmirəm ki, bu aksiyaların sadə iştirakçıları arasında Vətənin maraqlarından çıxış etdiklərinə, Paşinyanın satqın olduğuna, onu devirməyin tez bir zamanda ola biləcəyinə səmimi inananlar, ölkədəki sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmaq, “Artsax”ı geri qaytarmaq istəyənlər də az deyil.

Ancaq bu insanları küçələrə çıxaranlar tamamilə başqa məqsədlər güdürlər, şəxsi varlanma məqsədilə hakimiyyəti ələ keçirmək və Paşinyanın onları məruz qoyduğu 4 illik rəzalətin qisasını almaq istəyirlər. Xalq, ölkə, “Artsax” onlar üçün hündür zəng qülləsindən üzərinə tüpürüləcək varlıq belə deyil. Köçəryan və Sarkisyanın hər ikisi 10 il Ermənistana rəhbərlik edib, bəs biz onların dövründə daha yaxşı yaşamışıq? Xeyr, onlar 20 il ərzində Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnun qanuniləşdirilməsi işində uğur qazana bilməyib, ölkəni və bizi talayıblar.

Və gəlin bir anlıq təsəvvür edək ki, hakimiyyətə qayıtsalar nə edəcəklər? “Artsax”ın azad edilməsi üçün Azərbaycan və Türkiyə ilə müharibəyə başlayacaqlar? Axı burada hər şey göz qabağındadır - birincisi, bizim yeni müharibə aparmaq üçün gücümüz yoxdur; ikincisi, Rusiya və Aİ Azərbaycanın “erməni Artsax”ını işğal etməsi faktını artıq qəbul ediblər. Yenidən müharibəyə birinci başlayan tərəf biz olsaq, Rusiya timsalında gördüyümüz kimi bizə qarşı da sanksiyalar tətbiq edəcəklər. Odur ki, hər şeyi öz adı ilə çağıraq: hazırda və növbəti illər ərzində bizim əsas vəzifəmiz “Artsax”ın işğal olunmamış hissəsini qorumaq və orada yaşayan əhalinin təhlükəsizliyini təmin etməkdir. Təəssüf ki, bundan artığını edə bilmərik. Amma Köçəryan və Sarkisyan bu barədə yüksək səslə danışmamağa çalışır, Ermənistana və “Artsax”a xəyanət ittihamları ilə Paşinyan əleyhinə əhval-ruhiyyəni qızışdırmağa üstünlük verirlər.

Müxalifətin sosial-iqtisadi siyasətinə gəlincə, onlar bu barədə tamamilə susurlar. Öz məqsədləri kimi ölkə əhalisinin vəziyyətinin yaxşılaşdırılmasından yox, Paşinyanın devrilməsindən danışırlar. Əllərində tutarlı iqtisadi proqramları da yoxdur. Bəli, quldurlar və korrupsionerlər buna malik ola bilməzlər.

Sarkisyanın adamları bizi guya onların rəhbərinin artıq yüksək vəzifəyə iddialı olmadığına inandırmağa çalışanda məni gülmək tutur. Xüsusilə də bunu jurnalistlərə müsahibəsində “Mənim şərəfim var” fraksiyasının katibi Hayk Mamicanyan bildirəndə.

“Serj Sarkisyan bəlkə də artıq on, iyirmi, otuz dəfə bəyan edib ki, o, yüksək vəzifə tutmayacaq, öz məsləhəti və təcrübəsi ilə gənc nəslə kömək edəcək”, - müxalifətçi deputat vurğulayıb.

Ha ha ha! Tanış sözlərdir. Sarkisyanın bir neçə il əvvəl dediyini indi tərəfdarları təkrarlayırlar. 2018-ci ilin baharını, yəni 17 apreli xatırlayın. Həmin gün Milli Məclisin növbədənkənar sessiyasında Sarkisyan baş nazir seçildi. İştirak edən 94 deputatdan 77-si onun lehinə səs verdi. Bu, başa düşüləndir - həmin vaxt Milli Məclisin əksər portfelləri Sarkisyanın Respublika Partiyasının əlində idi. Amma o, 2014-cü ildə Konstitusiya islahatına başlayanda və 2015-ci ilin dekabrında qəbul ediləndə bütün icra hakimiyyəti baş nazirə keçmiş, prezident isə yalnız siyasətdən kənarda olan nominal lider olaraq qalmışdı. 2016, 2017 və hətta 2018-ci ildə Sarkisyan az qala anasının südünə and içirdi ki, hökumət başçısı postuna iddialı olmayacaq.

Düzdür, Sarkisyan bir dəfə qeyd etmişdi ki, əgər onun namizədliyi irəli sürülərsə, o zaman konstitusiya səlahiyyətlərinin tam həyata keçirilməsinə paralel olaraq, öz təcrübəsinin gənc siyasi liderlərə ötürülməsinə daha çox diqqət yetirəcək. Yaxşı, indi niyə həmin təcrübəsi Nikol Paşinyana ötürmək istəmir? Ona görə də indi çox az adam inanır ki, Sarkisyan yüksək rütbəli dövlət postları tutmağı planlaşdırmır, öz məsləhəti və təcrübəsi ilə gənc nəslə kömək etmək istəyir. Kimə ötürmək istəyir bu təcrübəsini? Vanetsyanamı?

Əlbəttə, biz demokratik cəmiyyətdə yaşayırıq, bu, həm də 2018-ci il inqilabının sayəsində mümkün olub və hər kəsin sərbəst toplaşmaq hüququ var. Hakimiyyətin siyasəti ilə razılaşmayan istənilən Ermənistan vətəndaşının etiraz aksiyalarında iştirak etmək hüququna malikdir. Ancaq indiki aksiyalarda biz xalqın iradəsi ilə deyil, birincilərin insanların narazılığından öz şəxsi məqsədləri üçün istifadə etmək cəhdindən danışırıq.

Müxalifət, əlbəttə, lazımdır. Ən azı ona görə ki, hakimiyyət doğru yoldan sapmasın. Necə deyərlər, göldə durna balığı olmalıdır ki, çəki balığı mürgüləməsin. Amma bu durna balığı barmaq ilə bərabər bütün əli udmağa hazır olanda cəmiyyət və bütövlükdə ölkə üçün son dərəcə təhlükəli olur. Köçəryan-Sarkisyan ittifaqı isə məhz buna can atır. İndi bizim üçün ən vacib məsələ “çəki balığı” olmamaqdır. Axı, keçmişdəkilər növbəti dəfə indikilərə çevrilərsə, hakimiyyətdən asanlıqla əl çəkməyəcəklər. Bizi udacaqlar, hətta boğmadan udacaqlar, inanın”.




Paylaş:


Müəllif : Tarix:
5-05-2022, 09:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər