reklam
Regionxeberlericom.az » Siyasət » Ermənistanla sərhəddimiz bu torpaqlara kimi uzanacaq - Xəritə Bakının əlində

reklam

Ermənistanla sərhəddimiz bu torpaqlara kimi uzanacaq - Xəritə Bakının əlində


"Ermənistanın siyasi iradəsi hazırda çıxılmaz vəziyyətdədir və doplomatiyada ard-arda uduzmaqda davam etməkdədir".

Bunu açıqlamasında hərbi analitik, "M5 müdafiə və strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib.

O bildirib ki, sərhədlərin delimitasiyasında 100 il əvvəlin xəritəsi nəzərə alınacaq:

"Bu gün Rusiyanın dəstəyi ilə Ermənistanın daxili auditoriyasını sakitləşdirmək adına bir sıra informasiya məkanında sanki döyüş hazırlığı keçirmiş kimi, müəyyən işlər görülmüş kimi görüntü sərgilənməyə çalışırlar. İstənilən halda Azərbaycanın iradəsi məlumdur. Azərbaycan öz torpaqlarını azad edib və bir sıra torpaqlar, ərazilər var ki, onlar da tez bir zamanda Azərbaycanın qoyduğu şərtlər daxilində tənzimlənəcəkdir. 

Bunun da davamında sərhədlərimizin delimitasiyası, demarkasiyası məsələsinə də daha fərqli bir yanaşma var. Xüsusən də Ali Baş Komandanımızın bəyan etməsi ki, bu prosesdə sadəcə sovet dönəmindəki xəritələr deyil, 1918-1920-ci illər aralığındakı Azərbaycan Demokratik Respublikasının xəritəsi də nəzərə alınacaqdır. Bu o deməkdir ki, Ermənistan bu gün revanşist fikirlər səsləndirsə də artıq anlamalıdır ki, Azərbaycanın torpaqlarında süni olaraq dövlət olub və vaxtaşırı olaraq Azərbaycanın əraziləri hesabına ərazilərini genişləndirib. 

Bunun artıq geri dönüşü başlayıb və davamlı olaraq bu istiqamətdə bir sıra fəaliyyətlər həyata keçiriləcək. Və bütün bunları nəzərə alaraq Ermənistanın siyasi iradəsi öz çökmüş siyasi ambisiyasını tamamlamaq üçün bir sıra informasiya platformalarında kirli məlumatlar yaysa da artıq onların sonu gəlmək üzrədir".




Paylaş:


Müəllif : Tarix:
5-05-2022, 16:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər