Azərbaycan şirkəti ruslara “mühasirədən” çıxmağa yardım edir? - QALMAQAL
Bu günlərdə Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz “Facebook” hesabından “Azərbaycan startapı rusiyalılara sanksiyadan yayınmaq üçün dəstək verirmi?” başlıqlı paylaşım etmişdi. Qeyd edirdi ki, Ukrayna mənbələri bu barədə video paylaşıb və orada azərbaycanlı Elmir Əliyevin rəhbərlik etdiyi komandanın, onun “Bankoff” (bankoff.co) startapının rusiyalı vətəndaşlara sanksiyadan yayınmaq üçün kömək etdiyi vurğulanıb: “İddia olunur ki, Elmir Əliyev və komandası kütləvi olaraq rusiyalılar üçün virtual bank kartları ("Visa") hazırlayır. Bu kartları əldə edən rusiyalılar ödəniş etməyə, pul köçürmələrinə, alqı-satqı etməyə imkan qazanırlar. Bu isə o anlama gəlir ki, rusiyalılar “MasterCard” və “Visa”nın onlar üçün müəyyən etdiyi sanksiyalardan “Bankoff” vasitəsilə yayına bilirlər”.
Osman Gündüzün məlumatına görə, “Bankoff” resursunu nəzərdən keçirdikdə buna imkanlarının tam real olduğunu görmək olur: “Amma onu da vurğulamaq lazımdır ki, bu tip virtual kart verən şirkətlər çoxdur. Startaplar xidmət üçün, kart üçün onlara müraciət edənlərin kimlər olmasına diqqət edə də bilər, etməyə də bilər. Hər halda, əminəm ki, startap rəhbərliyi dəqiq bilir ki, son bir ayda kart üçün müraciətlər haradan daha çox olub”.
Mütəxəssis yayılan məlumatlarda Azərbaycanın adı hallandığından, buna münasibət bildirməyin doğru olduğunu qeyd edərək bir neçə məqama diqqət çəkib: “Əlbəttə, ilk baxışda görsənir ki, burada hansısa kriminal yoxdur. Bu, Elmir Əliyev və komandası üçün bir vicdan, eyni zamanda da biznes məsələsidir. Bununla belə, fikrimcə, komanda Ukrayna üçün bu müharibənin ədalətli olduğunun da fərqində olmalıdır. Bu müharibədə yalnız Ukraynanın taleyi həll olunmur. 44 günlük müharibəmizdə bizim ərazi bütövülüyümüzə, ədalətli savaşımıza etinasız yanaşan qlobal şirkətləri biz də burada, ölkəmizdə qınaq etmişik. İndi ukraynalılar bunu edir və bunun uğrunda vuruşurlar. İzlədiyim üçün deyə bilərəm ki, onlar bu məsələdə güzəştə getməyəcəklər. Beynəlxalq əlaqələri də hədsiz dərəcədə güclüdür. Düşünürəm ki, bütün bunlar nəzərə alınmalı məsələlərdir”.
Bunların komanda üçün vicdan məsələsi olduğunu və onların yalnız biznes üçün çalışa biləcəklərini vurğulayan Osman Gündüz bu məlumat təsdiqini tapacağı təqdirdə, “Bankoff” komandası üçün ciddi məhdudiyyətlərin qaçılmaz olacağını diqqətə çatdırıb: “Hazırda ASAN-nın İNNOLAND Akselerasiya Mərkəzində yerləşən “Bankoff” startapının saytından görsənir ki, şirkət ABŞ-da qeydiyyatdan keçib, “Stripe”, “Visa”, “GooglePay”, “ApplePay” və s. qurumlarla partnyorluq edir. Düşünürəm ki, əgər Elmir Əliyev və komandası yayılan məlumatlarda qeyd olunan fəaliyyəti həqiqətən də ediblərsə və davam etdirirlərsə, onda adı çəkilən ABŞ şirkətləri tərəfindən “bankoff.co” startapına qarşı çox ciddi məhdudiyyətlər qaçılmaz olacaq. Adi araşdırma ilə onlar son zamanlar virtual kartların kimlərə verildiyini, hansı sayda verildiyini asanlıqla müəyyən edə bilərlər. Ukraynada hazırda çox böyük İT komanda gecə-gündüz bu işlərlə məşğuldur, bütün yollarla ölkələrinin suverenliyini və ərazi bütövlüyünü qorumağa çalışırlar”.
“Ukraynalıların beynəlxaq əlaqələri güclüdür və qlobal şirkətlər də onları eşidir. Bu isə, əlbəttə, yeni fəaliyətə başlayan startapımız üçün heç də yaxşı perspektiv vəd etmir. Rusiyaya qarşı sanksiyalar getdikcə sərtləşdiyindən və ümumiyyətlə, sanksiya məsələsi siyasiləşdiyindən “Bankoff” şirkətinin açıqlanan məlumatlara münasibət bildirməsi və öz partnyorlarını, Ukrayna startap ekosistemini də öncədən məlumatlandırması doğru olardı”, - deyə AİF rəhbəri vurğulayıb.
Son məlumatlara görə, “Visa” və “Stripe” qlobal ödəniş sistemləri Azərbaycan startapı olan “Bankoff” kartlarına xidmət göstərməyi dayandırıb. “Bankoff”un öz resurslarının da bloklandığı bildirilir.
Qeyd edək ki, Azərbaycan startapının sanksiyadan yayınmaq istəyən rusiyalı vətəndaşlara dəstək verməsi xəbəri birmənalı qarşılanmamışdı. Ukraynanın haqlı mübarizəsində dəstək üçün bu cür addımların yolverilməz olduğunu deyənlər də var idi, bunun sadəcə bir biznes olduğunu və bu imkandan müharibə əleyhinə olan sadə rusiyalı vətəndaşların faydalana biləcəyini əsas gətirərək qınanılacaq bir məqam olmadığını deyənlər də.
Rusiyaya qarşı sanksiyaların tətbiq edildiyi bir vaxtda “Bankoff” komandasının yanaşmasını nə dərəcədə haqlı və ya haqsız hesab etmək olar? Bu vəziyyətdə hansı addım atılmalı idi?
Startap üzrə mütəxəssis Tariyel Ağazadənin AYNA-ya dediyinə görə, texnoloji startap, ümumiyyətlə, texnologiya, hansısa məhsulun istifadəsi siyasətlə bağlı olmamalıdır: ““Bankoff” startapı hazırda müharibəyə görə Rusiya vətəndaşlarının qarşılaşdığı problemləri həll edir. Burada pis bir şey yoxdur. Bu, sadəcə bir biznesdir və biznesmen də imkanı dəyərləndirir. Lakin göründüyü kimi “Visa” və “Stripe” belə düşünmür. Qlobalda hər yerdə olduğu kimi “Bankoff” vasitəsilə də Rusiyaya sanksiya qoyub”.
Həmsöhbətimiz hazırda “Bankoff” komandasının problemi həll etməyə çalışdığını deyib: “Komanda problemi həll etmək üçün çalışır. Donmuş hesablar, məbləğlər var ki, komanda onların bərpası, pulların qaytarılması məsələsini həll etməyə cəhd göstərir”.
“Hazırda “Bankoff” kimi digər fəaliyyət göstərən digər startaplar da var. Bu qəbildən startaplar çoxdur. Qazaxıstanda banklar hazırda Rusiya vətəndaşlarına böyük həcmdə “Visa” və “Mastercard”ı dəstəkləyən kartlar verir. Ona görə bir ehtimal var ki, onlara da sanksiyalar tətbiq oluna bilər”, - deyə Ağazadə qeyd edib. Dia.az-ın məlumatına görə, bank-maliyyə eksperti, hüquqşünas Əkrəm Həsənov isə AYNA-ya açıqlamasında söyləyib ki, əgər söhbət sanksiya altında olan Rusiya şirkətləri, məmurları və vətəndaşlarına yardımdan gedirsə, bu, yanlış addımdır: “Əgər bizdə kimsə onlara kömək etmək istəyirsə, bu, həm beynəlxalq qanunvericilik nöqteyi-nəzərdən, həm də mənəvi cəhətdən düzgün deyil. Rusiya işğalçıdır. Bu işğalçılığına görə də Rusiya dövlətinin özünə, məmurlarına, bəzi vətəndaşlarına qarşı sanksiyalar tətbiq olunub. Mən hesab edirəm ki, biz də bu sanksiyaları gözləməliyik. Bu, eyni zamanda da Ukraynaya dəstəkdir”.
“Lakin sanksiya altında olmayan vətəndaşlardan söhbət gedirsə, biz onlarla işləyə bilərik. Rusiya vətəndaşlarına başqa ölkələrin bankları tərəfindən kart verilməsinə məhdudiyyət yoxdur. Hansısa Rusiya vətəndaşı istədiyi ölkənin, o cümlədən də Azərbaycanın istənilən bankının müştərisi ola, kart ala bilər. Yəni Rusiya vətəndaşlarına “Visa” və ya “Mastercard” verilməsinə məhdudiyyət yoxdur. Rusiya banklarına bu kartlardan istifadə etməyə məhdudiyyət var”, - deyə mütəxəssis bildirib.
“Bankoff” şirkəti də yerli mətbuata açıqlamasında xidməti bərpa etmək üçün servis provayderlərlə danışıqlar apardıqlarını açıqlayıb. Şirkətin rəhbəri Elmir Əliyevin sözlərinə görə, “Bankoff” ABŞ-da qeydiyyatdan keçən və bu ölkədə fəaliyyət göstərən şirkətdir: “Müştərilərinin yalnız 0,4%-i Azərbaycandandır. “Bankoff”da kart xidmətlərinin göstərilməsi avtomatlaşdırılmışdı və nəticə etibarı ilə biz istifadəçilər qeydiyyatdan keçərkən onların hansı regiondan olmasını yoxlamadan xidmətləri avtomatik təqdim edirdik. Bu səbəbdən hər hansısa regiona spesifik limitlərimiz mövcud deyildi. Biz hazırda servis provayderlərlə danışıqlar aparırıq və servislərimizi bərpa etmək üçün əlimizdən gələni edirik”.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-05-2022, 09:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər