reklam
Regionxeberlericom.az » Siyasət » Erməni cəmiyyəti hələ də azərbaycanofobiya ilə nəfəs alır - FAKT BUDUR!

reklam

Erməni cəmiyyəti hələ də azərbaycanofobiya ilə nəfəs alır - FAKT BUDUR!


Ermənistanda azərbaycanlı rejissor və aparıcının iştirakı ilə “National Geographic” sənədli filmi çəkilir. Bu barədə kinoprodüser Anna Zakaryan sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan əsilli rejissor və aparıcını Ermənistan hökumətinin nümayəndəsi müşayiət edir. Zakaryanın qeyd etdiyi kimi, qarşıdan gələn çəkilişlərdən və rejissorun kimliyindən xəbər tutaraq, onun bir çox həmkarları bu layihədə iştirakdan imtina ediblər və digərlərinin də imtina etməsinə çağırış olunub.

Kinoprodüser iddia edir ki, layihənin təşkilatçıları hamını çağırıb, hamını iştiraka razı salıblar: “Mənim yazımın məqsədi konkret personajın adını öyrənmək deyildi. Mən sadəcə olaraq Ermənistanda baş verən hadisələri qeyd etmək istədim - Ermənistanda müəyyən adam var və filmdə bu adamın təbliğatı gedir. Təəssüf ki, kifayət qədər ayıq-sayıq deyilik, məsələnin mahiyyətinə fikir vermirik, amma “bu kimdir”, “adını deyim, yoxsa yox” kimi xırda sualların arxasınca sürünürük. Nəticə odur ki, arzuolunmaz qonaq ölkə ərazisindədir və hökumət ona kömək edir”.

“Sputnik Ermənistan”a müsahibəsində Zakaryan deyib ki, həmkarları Ermənistan Xarici İşlər Nazirliyi və Milli Təhlükəsizlik Xidmətinin çəkiliş üçün azərbaycanlılara verdiyi bütün sənədləri öz gözləri ilə görüblər.

Əslində, Zakaryanın sözləri Ermənistanda, hətta ziyalıların nümayəndələrinin də azərbaycanofobiya nümayiş etdirdiyini təsdiqləyir. Azərbaycanlılardan ibarət çəkiliş qrupu Ermənistan hakimiyyətinin icazəsi ilə sənədli film çəkir və özünü Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı kimi təsəvvür edən Zakaryan isə iddia edir ki, filmin çəkilişi “dövlət maraqlarına, milli ideyalara xələl gətirə və gələcəkdə Ermənistan üçün problemlər yarada bilər”.

“National Geographic” çoxmilyonlu auditoriyaya malik dünyaca məşhur telekanaldır və güman etmək olar ki, azərbaycanlılar 1988-89-cu illərdə kütləvi qovulmazdan əvvəl Ermənistanda öz tarixi-mədəni irsi haqqında film çəkirlər. “National Geographic” siyasətdə neytral mövqe nümayiş etdirir və şübhəsiz ki, çəkilişlərə icazə verən Ermənistan hakimiyyəti gələcək filmin məzmunu ilə tanışdır.

Lakin bu hal hələ də azərbaycanlıları “arzuolunmaz qonaq” adlandıran zakaryanların nəzərəçarpacaq narahatlığına səbəb olur. Bu, məgər açıq-aydın azərbaycanofobiyanın təzahürü deyil?!

Bəli, azərbaycanlılarla ermənilər müəyyən səbəblərə görə düşməndirlər, lakin eyni zamanda Azərbaycan və Ermənistan hökumətləri sülhün tezliklə əldə olunmasına çalışır. Və bu prosesdə hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında təmaslar etimad və dostluq mühitinin yaradılması üçün çox vacibdir.

Zakaryanın timsalında görürük ki, erməni cəmiyyətinin müasir reallıqlara hazır olmaması, üstəlik, azərbaycanlıların Ermənistanda çəkiliş aparması isterikaya səbəb olub. Üstəlik, Zakaryan bəzi həmkarlarını xəyanətdə günahlandırır və iddia edir ki, onların arasında pul müqabilində azərbaycanlılara filmin çəkilişində kömək etmək istəyini ifadə edənlər də olub.

“Azərbaycanlı Ermənistan ərazisində çəkiliş aparmaq üçün Milli Təhlükəsizlik Xidmətindən və Xarici İşlər Nazirliyindən icazə alıb, orada “öz” torpağına həsrət qaldığını, babasının bu torpaqda necə yaşayıb-yaratdığını danışıb... Həmkarlarım bu komanda ilə əməkdaşlıq etməkdən imtina etdilər, lakin pul “divarları aşaraq” milləti məhv edir”, - deyə Zakaryan “bacarırsan, döz” həştəqi ilə paylaşlm edib.

Ehtimal etmək olar ki, Zakaryan ən çox bu əhvalatdan narahatdır ki, azərbaycanlılar ermənilərin Ermənistan ərazisində Azərbaycan xalqının tarixi-mədəni irsi ilə nələr etdiklərini görə bilirlər. Hər halda, Azərbaycan tərəfində artıq bununla bağlı çoxlu foto və videolar var. Ən əsası isə Zakaryan öz isteriyası ilə sübut etdi ki, erməni cəmiyyəti hələ də azərbaycanofobiya ilə nəfəs alır... //ayna//




Paylaş:


Müəllif : Tarix:
10-05-2022, 09:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər