BMT Ukrayna ilə bağlı qətnamə qəbul etdi
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasının təşkil etdiyi Ukrayna Xüsusi Sessiyasının sonunda Rusiyanın hücumları nəticəsində Ukraynada insan haqları ilə bağlı vəziyyətin daha dərindən araşdırılması üçün qətnamənin mətni səsə qoyulub.
Qərara 2 nəfər əleyhinə, 33 nəfər leyhinə səs verib, 12 nəfər isə bitərəf qalıb.
Qətnamədə fevralın 24-də müharibə başlayandan bəri Rusiya tərəfindən törədilən insan haqları pozuntuları pislənib. Rusiya “beynəlxalq təşkilatların nümayəndələrinə münaqişənin təsirinə məruz qalmış ərazilərdə mülki şəxslərə dərhal və müdaxiləsiz çıxışını təmin etməyə icazə verməyə” çağırılıb.
Ukrayna üzrə yaradılmış müstəqil beynəlxalq istintaq komissiyasının paytaxt Kiyev, Çerniqov və Xarkov vilayətlərində insan haqları pozuntularına toxunan və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edən qətnamə mətnində mühasirəyə alınmış Mariupolda atəşkəs prosesinin ləng getməsi və evakuasiya ilə bağlı narahatlıq ifadə olunub.
Qətnamədə Şuranın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə tam dəstək verdiyi bir daha vurğulanıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-05-2022, 23:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər