reklam
Regionxeberlericom.az » Siyasət » G7 Xarici İşlər Nazirlərinin iclası başladı

reklam

G7 Xarici İşlər Nazirlərinin iclası başladı
















Almaniyada Almaniya, ABŞ, İngiltərə, Kanada, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələrinin Xarici İşlər Nazirlərinin iclası başlayıb.

G7-yə sədrlik edən Almaniyanın xarici işlər naziri Annalena Beerbok Rusiyanın hücumuna məruz qalan Ukraynaya bu çərçivədə necə dəstək ola biləcəklərini müzakirə etdiklərini söyləyib.

Beerbok vurğulayıb ki, Almaniyada keçirilən bu G7 Xarici İşlər Nazirləri iclası daha böyük ölçüyə və strateji əhəmiyyətə malikdir:

“Beynəlxalq hüququ pozan bu dəhşətli müharibə təkcə bütün Avropa üçün dərin böhran deyil, artıq qlobal böhrandır. Rusiyanın müharibəsi, beynəlxalq əməkdaşlığa, beynəlxalq nizama qarşı müharibədir”

Beerbok bu səbəbdən G7-nin bu görüşü kontekstində dünya üzrə tərəfdaşların da dəstəklənməli olduğunu qeyd edib.

Ukraynadan taxıl hasil edilə bilməyəcəklərinə diqqət çəkən Beerbok 25 milyon ton taxılın Ukrayna limanlarında, xüsusən də Odessada blokada olduğunu söyləyib. O, bu taxıla xüsusilə Afrika və Yaxın Şərq ölkələrində milyonlarla insanın ehtiyacı olduğunu bildirib.

Yaxınlaşan qida böhranının qlobal iqlimin təsiri ilə daha da ağırlaşacağına diqqət çəkən Beerbok Rusiya Prezidenti Vladimir Putinin bu müharibə ilə dünyanı parçalamağı hədəflədiyini və G7 xarici işlər nazirləri olaraq buna qarşı olduqlarını bildirib.

"Bu vəhşi müharibəni qınayan 141 ölkənin ruhdan düşməməsini təmin etmək istəyirik", - XİN rəhbəri əlavə edib.

O, Rusiyanın dezinformasiya kampaniyasına qarşı çıxacaqlarını bəyan edib.

Beerbok Ukraynanın döyüş təyyarələri ilə bağlı tələblərinə də toxunub və qeyd edib ki, onlar daha əvvəl uçuşa qadağan zona və təyyarələrlə bağlı mövqelərini ifadə ediblər.

Mayın 14-dək davam edəcək G7 Xarici İşlər Nazirləri iclasında Ukrayna və Moldova xarici işlər nazirləri də iştirak edəcək. Bundan əlavə, G20-yə sədrlik edən İndoneziyanın xarici işlər naziri Retno Marsudi də görüşün bəzi hissələrinə onlayn qatılacaq.

İclasda Ukraynadakı vəziyyət, habelə Hind-Sakit okean, Əfqanıstan və Yaxın Şərqdəki vəziyyət, həmçinin, iqlim dəyişikliyi və COVID-19 pandemiyası ilə mübarizə müzakirə olunacaq.




Paylaş:


Müəllif : Tarix:
12-05-2022, 23:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər