Azərbaycan İranı məhkəməyə verə bilər: - YENİ QALMAQAL
Bakıdakı dünyaca məşhur Heydər Əliyev Mərkəzinin oxşarı İranda inşa olunub.
İrandakı tikili Mazandaran vilayətindəki Mahmudabad şəhərində yerləşir və "Simurq Turizm Kompleksi" (Simorgh Tourism Ccomplex) adlanır.
Xatırladaq ki, Bakı şəhərində, Heydər Əliyev prospektində inşa edilmiş araşdırma və beynəlxalq dialoq mərkəzi olan Heydər Əliyev Mərkəzi böyük bir kompleksdən ibarət olmaqla özündə iri konqres zalı, Heydər Əliyev Muzeyi, sərgi salonları, adminstrativ ofisləri birləşdirir.
Mərkəzin layihəsi 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən işlənmişdi. Tarixdə biri-birinin bənzəri, yaxud eynisi olan sənət əsərlərinə rast gəlinir. Lakin müasir dünyada hər hansı əsərin müəllifi bəllidir və bu əsər müəlliflik hüququ qazanır. Layihə məşhur iraqlı memar Zaha Hadidə məxsus olsa da, Azərbaycanın sifarişi ilə hazırlanıb.
Azərbaycan üçün xüsusi inşa olunan memarlıq abidəsinin oxşarının tikilməsi ilə bağlı hansı addımlar atıla bilər? Müəllif nə qədər məsuliyyət daşıyır? Dia.az-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, bu cür abidələri qorumaq üçün müəlliflik hüququnun təsdiqi mütləqdir:
“Adətən xüsusi sifarişlə abidə və ya əsərlər hazırlanırsa, o, müəlliflik hüququ qazanmalıdır. Bu formalı hər hansı bir əsərin mülkiyyət hüququ var və bu, beynəlxalq təşkilatlardan qeydiyyatdan keçməlidir. Gələcəkdə kimsə onun təkrarını eləmək istəsə, məsuliyyətə cəlb olunub, qadağa qoyula bilər. Sonda məsələ müəlliflik hüququnun qeydə alınmasına gətirib çıxacaq. Burada araşdırmaya ehtiyac var. Qeydiyyat müdafiə üçün lazımdır, qeydiyyat olanda müdafiə etmək də asandır. Qeydiyyatdan keçirilməyibsə, yenə də iddia irəli sürmək olar. Çünki ölkəmizdə bu bina çoxdan tikilib, bütün dünya bilir, həm də Azərbaycan üçün bir rəmzdir. Oxşarını yaratmaq oğurluq anlamına gəlir. İrana qarşı iddia qaldırmaq olar. İran cığal ölkədir. Beynəlxalq aləmdən də təcrid olunub, beynəlxalq məhkəmələrin tələblərinə nə qədər tabe olması sonrakı məsələdir”.
Hüquqşünas bunun həm də müqavilədəki şərtlərdən asılı olduğunu qeyd edib:
“İrandakı binanın arxitekturasını həmin memarın verdiyini də bilmirik. Əgər İranın özünün təşəbbüsüdürsə, oğurluq kimi qiymətləndirilə bilər. Azərbaycan da bunun üçün beynəlxalq məhkəməyə müraciət edə bilər. Amma bunu həmin memarın özü edibsə, məsələ fərqli olur. Yəni müqavilədə belə bir tikilinin digər ölkədə yaradılmasına aid qadağa haqqında qeydin olub-olmamasına baxmaq lazımdır. Müqavilədə qadağaya aid bənd yoxdursa, memarın buna hüququ olur. Hər şey müqavilədən, orada qarşılıqlı götürdükləri öhdəliklərdən asılıdır. Memarın xəbəri olmadan İran bunu öz memarları ilə edibsə, hüquqi müstəvidə müəyyən iddiaların irəli sürülməsinə imkan var”.
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə isə Cebhe.info-ya açıqlamasında bildirib ki, bu, artıq beynəlxalq konfliktdir.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-05-2022, 17:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər