reklam
Regionxeberlericom.az » Siyasət » Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirdi - Yenilənib

reklam

Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirdi - Yenilənib
















Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Bu barədə məlumatı “TRT Haber” yayıb.

İki aylıq fasilədən sonra keçiriləcək iclasda Suriyanın şimalında yeni əməliyyatın keçirilməsi, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü, eləcə də Ukrayna böhranı müzakirə ediləcək.

***

Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.

Prezident Administrasiyasında keçirilən iclasda beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

İclasla bağlı açıqlamada bildirilir ki, ölkənin cənub sərhədlərində həyata keçirilən və ya aparılacaq əməliyyatlar qonşu ölkələrin ərazi bütövlüyünü hədəf almır, milli təhlükəsizlik zərurətindən irəli gəlir.Vurğulanır ki, beynəlxalq ittifaqlarda müttəfiqlik ruhuna hər zaman uyğun hərəkət edən Türkiyə müttəfiqlərindən də eyni məsuliyyəti və səmimiyyəti gözləyir.

“Terrora dəstək verərək beynəlxalq hüququ pozan ölkələri buna son qoymağa və Türkiyənin təhlükəsizliklə bağlı həssaslığını nəzərə almağa çağırdıq”, - deyə açıqlamada qeyd olunub.




Paylaş:


Müəllif : Tarix:
26-05-2022, 22:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər