reklam
Regionxeberlericom.az » Siyasət » 27 dövlətin başçısı Rusiyaya qarşı: - Brüsseldə gərgin müzakirələr başlayıb

reklam

27 dövlətin başçısı Rusiyaya qarşı: - Brüsseldə gərgin müzakirələr başlayıb















Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Belçikanın paytaxtı Brüsseldə bir araya gəlib. 27 ölkə liderinin iştirak etdiyi tədbir Avropa Şurasının sədri Çarlz Mişelin sədrliyi ilə keçirilir. İki gün davam edəcək sammitdə liderlər əsasən enerji böhranını, ərzağın artan qiymətlərini və Rusiya-Ukrayna müharibəsinin müzakirəyə çıxaracaqlar.

Sammitin gündəliyində Aİ ölkələrinin Rusiyanın neft və qazından asılılığına son qoymaq üçün atılacaq addımların müzakirəsi də var.

Sammitdən əvvəl Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell bəyan edib ki, üzv dövlətlərin başçılarına razılaşma təklifi təqdim edəcəklər.

Aİ Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan bahalaşma, artan ərzaq qiymətlərinin həlli yollarını axtaracaq. Ukraynada taxıl məhsullarının Aİ-nin imkanları ilə ölkədən çıxarılması məsələsi də müzakirə predmeti olacaq.

Sammitdə Afrika ölkələrində aclıq təhlükəsinin də müzakirə olunacağı gözlənilir.

Gərgin bir gündəmlə Brüsseldə keçirilən Liderlər Zirvə toplantısında müharibə ilə alovlanan müdafiə müzakirələri də keçiriləcək.

Sammitdə Ukrayna prezidenti Volodimir Zelenskinin də videokonfrans vasitəsilə iştirak edəcəyi bildirilir. Zelenskinin Rusiyaya qarşı daha kəskin və qətiyyətli addımlar atmağı, Ukraynaya silah tədarükünün sürətləndirməsini, habelə Rusiyadan neft və qaz məhsullarının alınmasının dayandırılmasını istəyəcəyi gözlənilir.

Qeyd edək ki, hələ bir müddət əvvəl Avropada Rusiya ilə bağlı gərgin müzakirələr keçirilirdi. Rusiyanın hücumlarına qarşı Ukraynaya dəstək verən Avropa Birliyi və onun ayrı-ayrı üzvləri indi həm də qaçqın axını və aclığın yarada biləcəyi təhlükələrdən narahatdır.

Hazırda Avropanı iki ciddi məsələ narahat edir. Bunlardan biri Rusiyadan neft və qaz asılılığından yaxa qurtarmaqdır. Amma indiki şərtlər daxilində bunun real olması ağlabatan deyil. Alman iqtisadiyyatı bütövlükdə Rusiyanın neft və qazından asılıdır. Avropanın illik qaz və neft tədarükünün azı 30 faizi Rusiyanın payına düşür. Ötən həftə Almaniya kansleri və Fransa prezidentinin Putinlə telefon müzakirələri aparması, Ukrayna məsələsində Rusiyanı danışıqlara dəvət etməsi göstərir ki, Aİ-nın ən güclü iki dövləti Moskvaya qarşı qətiyyətli addım atmaq istəmir.

İkinci və daha ciddi problem ərzaq məhsulları, taxıl qıtlığının real təhlükəsidir. Avropada düşünürlər ki, Ukrayna limanlarında qalan 22 milyondan çox taxılın bloklanması Afrikada ciddi aclığa və səfalətə səbəb ola bilər ki, bu da Afrikadan Avropaya milyonlarla insanın miqrasiyasına gətirib çıxarar. Belə bir ssenari Avropa üçün fəlakətdir. Bu, hətta Suriya böhranı zamanı Avropanın qarşılaşdığı vəziyyətdən daha ağır duruma səbəb ola bilər.

Beləliklə, ehtimal olunur ki, liderlərin zirvə görüşündə Ukraynaya dəstək ifadə edilsə də, səhnə arxasında Rusiya ilə danışıqlar imkanı açıq saxlanılacaq.

Onu da qeyd edək ki, Avropa İttifaqı ölkələri Rusiya neftinin üçdə ikisinin idxalına embarqo qoyulması barədə razılığa gəldiyi bildirilir.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bəyan edib ki, Rusiya neftinin Aİ-yə ixracını qadağan edən razılaşma bu ölkədən neft idxalının üçdə ikisindən çoxunu əhatə edir

Şarl Mişel əlavə edib ki, Avropa İttifaqı liderləri həmçinin “Sberbank”ın SWIFT-dən ayrılmasını da təsdiqləyiblər:

“Bu sanksiyalar paketinə digər sərt tədbirlər də daxildir: Rusiyanın ən böyük bankı “Sberbank”ın SWIFT-dən ayrılması, Rusiyanın daha üç dövlət yayımçısına qadağa qoyulması və Ukraynada hərbi cinayətlərə görə məsuliyyət daşıyanlara qarşı sanksiyaların tətbiqi”.




Paylaş:


Müəllif : Tarix:
31-05-2022, 11:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər