“Rusiya Qarabağ məsələsində Brüsselə güzəştə hazırlaşır” - SENSASİON İDDİA
Məlum olduğu kimi, Brüssel görüşünün üçüncü raundundan sonra sərhədlərin müəyyənləşməsi ilə bağlı hər iki ölkənin xüsusi komissiyalarının tərkibi açıqlandı. Bakının anında, düzgün həmlələri, proseslərə müdaxiləsi və etdiyi manevrlər Moskvanın inadından geri addım atması ilə nəticələnir kimi görünür. Yaranan mənzərə deməyə əsas verir ki, sərhədlərin delimitasiyası məsələsində Avropa və Rusiya arasında fikir ayrılığı qismən də olsa aradan qalxır.
İddia olunur ki, Moskva artıq Qərblə Azərbaycan-Ermənistan məsələsinin çözülməsində ortaq məxrəcə gəlməyə razılıq verib. Son hadisələr onu deməyə əsas verir ki, Avropa İttifaqı ilə Rusiya bu məsələdə ortaq fikirə gəlməsəydi, növbəti dəfə delimitasiya prosesinin komissiyaları arasında görüşlər ləngiyə bilərdi. Yada salaq ki, komissiyanın növbəti iclaslarının bu həftə Moskvada, sonra Brüsseldə keçirilməsi razılaşdırılıb. İddialara görə, Moskvanı mövqeyində dəyişiklik etməyə xüsusilə son zamanlar Qərbin, ABŞ-ın mütəmadi olaraq İrəvanla birbaşa təmaslar quraraq Azərbaycanla sülh məsələsini dəstəklədikləri ilə bağlı fikirlərin bir-birini əvəz etməsi fonunda, Ermənistanda da istər ictimaiyyət, istərsə də siyasət adamları arasında “ən doğru seçim elə budur” fikrinin formalaşmasına xeyli təsir etməsi məsələsi də rol oynayır. O halda “Rusiya Qarabağ məsələsində Brüsselə güzəştə hazırlaşır” iddiası nə qədər realdır? Qərblə-Rusiya arasında gərginləşən münasibətlər fonunda Moskva belə bir güzəştə gedərmi, buna hazırdırmı, yoxsa prosesin qarşısıalınmaz olduğunu qəbul edib Brüsselin vasitəçiliyinə razılaşıb?
AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov ehtimalları bölüşmür: “Rusiyanın Qarabağ məsələsində Brüsselə güzəştə hazırlaşması ilə bağlı qənaətləri bölüşmürəm. Çünki Avropa İttifaqının vasitəçiliyi ilə görüşlərin keçirilməyə başlamasından sonra Rusiyanın sərgilədiyi mövqedə hər hansı bir dəyişiklik baş verməyib.
Ermənistanın birgə sərhəd komissiyasının işini sabotaj etməyi dayandıraraq nəhayət ki, görüşə razılıq verməsi də rəsmi Moskvanın Avropa İttifaqı ilə ortaq məxrəcə gəldiyi anlamını daşımamalıdır. Birgə sərhəd komissiyasının öz işinə başlaması daha çox Brüssel tərəfindən Ermənistana olan təzyiqlərlə bağlıdır. Çünki Paşinyanın Brüsseldə götürdüyü konkret öhdəlik var idi və onun həmin öhdəliyin icrasından boyun qaçırması birbaşa Avropa İttifaqına meydan oxumağa bərabər idi. Birgə sərhəd komissiyasının işinin məhz Ermənistan tərəfindən, özü də Rusiyanın təzyiqləri ilə sabotaj edildiyini bütün Qərb dairələri yaxşı bilirdilər və təbii olaraq bununla bağlı Paşinyandan izahat gözləyirdilər. Xüsusilə də Rusiya-Ukrayna müharibəsində Ermənistanın Rusiyanın yanında dayanması fonunda Qərbdən rəsmi İrəvana olan təpkilər daha da artırdı. Odur ki, Avropa İttifaqı tərəfindən ayrılan maliyyə yardımına ehtiyac duyan Ermənistan üçün başqa yol yox idi. Yəni qısası, delimitasiya ilə bağlı komissiyanın işə başlaması Rusiya ilə Avropa İttifaqı arasında ortaq mövqe kimi deyil, daha çox Brüsseli sakitləşdirmək üçün Paşinyanın atdığı addım kimi qiymətləndirilməlidir.
İkinci bir tərəfdən isə müvafiq komissiyanın işə başlaması hələ bundan sonra Ermənistanın prosesi pozmayacağı anlamına da gəlməməlidir. Məlum olduğu kimi, komissiyanın növbəti görüşü Moskvada və daha sonra Brüsseldə keçiriləcək. Moskva görüşündə hansı xəritələrin əsas kimi götürülməsi ilə bağlı fikir ayrılıqlarının ortaya çıxma ehtimalı var və Rusiyanın diktəsi ilə hərəkət edən Ermənistanın bu mərhələdə yenidən pozuculuq fəaliyyətini davam etdirməsi gözləniləndir.
Rusiyanın Qarabağla bağlı Avropa İttifaqı ilə mövqelərində üst-üstə düşən tək məqam kommunikasiya xətlərinin açılmasıdır. Bu isə birbaşa Rusiyanın marağında olan məsələdir. Çünki kommunikasiyaların bərpası sanksiyalardan əziyyət çəkən Rusiya üçün də əlavə imkanlar açır. Odur ki, Rusiyanın hazırda ən çox fokuslandğı məsələ məhz bununla bağlıdır.
Və nəhayət, əgər Rusiya Qarabağ məsələsi ilə bağlı həqiqətən də Avropa İttifaqına güzəştə getsəydi, o zaman əlaltıları olan Köçəryan-Sərkisyan cütlüyünə etiraz aksiyalarını dayandırmaq göstərişi verər və ya ən azından tamamilə nəzarətində olan separatçı rejimə sülh prosesinə mane olmamaq göstərişi verərdi. Amma biz hələ ki bunun tam əksini görürük. Bütün bunlar isə Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında maraqlı olmadığını sübut edir və onun diktəsi ilə Ermənistanın sülh prosesini yenidən tormozlayacağı gözləntilərini artırır. Odur ki, Rusiyanın Avropa İttifaqı ilə hər hansı mövqe yaxınlaşmasından və ya güzəştə getməsindən söhbət gedə bilməz".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:1-06-2022, 10:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər