BAYDEN UKRAYNAYA UZAQVURAN RAKET SİSTEMLƏRİ GÖNDƏRİR – Zelenski istədiyi silahları alır
Hazırda Ukraynanın şərqində gərgin döyüşlər gedir. Rusiya qüvvələri Severodonetsk şəhərinin böyük hissəsinə nəzarət edirlər.
“Rusiyalılar hücuma keçir, Severodonetskin mərkəzində möhkəmlənir, infrastrukturu və sənaye obyektlərini dağıtmaqda davam edirlər”, – Luqansk vilayəti hərbi administrasiyasının başçısı Sergey Qayday iyunun 1-də “Telegram”da yazıb.
Qaydayın dediyinə görə, Ukrayna qüvvələrinin mühasirəyə salınacağı sarıdan qorxular əsassızdır. “Ordu sakitcə öz mövqelərini müdafiə edir”, – deyən Qayday şəhərin 90 faizinin ziyan gördüyünü, zərərin bərpasının praktik mümkün olmadığını vurğulayıb.
Qayday Rusiya əsgərlərinin dörd aydır müdafiə olunan Luqansk vilayətini tamamilə tuta bilməyəcəyini sözlərinə əlavə edib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Ukrayna qüvvələrinin cənubdakı Xerson şəhəri yaxınlığında müəyyən uğur əldə etdiyini, Kiyevdən şərqdə, Xarkov vilayətində irəlilədiyini bildirib.
“Rusiya ordusunun avadanlıq və say baxımından əhəmiyyətli üstünlüyünə baxmayaraq, müdafiəçilərimiz böyük cəsarət göstərirlər və cəbhədəki vəziyyəti idarə edirlər”, – Zelenski gecə çıxışında bildirib.
Bu arada ABŞ Prezidenti Co Bayden Ukraynaya 80 kilometrədək məsafəni vura biləcək müasir raket sistemləri verməyə razılaşıb. “Ukraynalıları Ukraynada döyüş zonasında əsas hədəfləri daha dəqiqliklə vurmağa imkan verəcək müasir raket sistemləri və sursatla təmin edəcəyik”, – Bayden mayın 31-də “The New York Times” qəzetində yazıb.
Bayden deyir ki, Rusiyanın Ukraynaya qarşı işğalı diplomatiya ilə bitəcək, amma Birləşmiş Ştatlar Ukraynaya danışıqlar masasında üstünlük əldə etməsi üçün vacib silah və sursatı verəcək.
Birləşmiş Ştatlar HIMARS adlı yüksək mobillikli artilleriya raket sistemləri verməyə razılaşıb. Bundan ötrü Ukrayna Rusiya daxilində hədəfləri vurmayacağına təminat verib, administrasiyanın yüksək rütbəli rəsmisi belə deyib. Rəsminin jurnalistlərə söylədiyinə görə, HIMARS-ın vurma məsafəsi hazırda Ukraynada yerləşdirilmiş haubitsalardan daha uzaqdır. Bu sistemlər iyunun 1-də açıqlanacaq 700 milyon dollarlıq silah paketinə daxildir.
Paketə sursat, antiatəş radarları, hava müşahidə radarları, əlavə “Javelin” antitank raketləri, eləcə də antizireh silahları daxildir, rəsmi bildirib.
Ancaq paketin əsasını HIMARS sistemləri təşkil edir. Bu silahlar Ukraynanın Donbasda Rusiya artilleriyasına qarşı savaşdığı bir vaxtda göndəriləcək. Kiyev ABŞ-dan M270 MLRS- reaktiv yaylım atəşi sistemi və M142 HIMARS sistemləri istəmişdi. Bu sistemlər 300 km-dək məsafəni vura bilir.
“MLRS bizim gerçəkdən çox ehtiyacımız olan sistemdir”, – Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba ötən həftə Dünya İqtisadi Forumunda deyirdi. Vaşinqton Ukraynaya verəcəyi silahların Donbas regionunda Rusiya artilleriya bölmələri və qüvvələrinə qarşı istifadə olunacağını gözləyir.
Baydenin “The New York Times”da məqaləsi çıxandan az sonra Rusiya ordu rəsmiləri Moskva yaxınlığındakı İvanovoda nüvə qüvvələrinin təliminin keçirildiyini bəyan ediblər.
Ukrayna qüvvələri bu raket sistemləri vasitəsilə həm Rusiya artilleriyasını aşkarlaya, həm də Severodonetsk kimi qızğın döyüş gedən şəhərlərdə Rusiyanın mövqelərini vura bilərlər.
Rusiya Donbasda özünün dəstəklədiyi separatçıların nəzarətində olmayan ərazilərin ələ keçirilməsi üçün tədricən irəliləyir.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-06-2022, 21:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər