reklam
Regionxeberlericom.az » Siyasət » Bakını İrəvanın gününə salmaq istəyi - Təxribat cəhdi kimin PLANIDIR?

reklam

Bakını İrəvanın gününə salmaq istəyi - Təxribat cəhdi kimin PLANIDIR?


Ötən illərdən məlumdur ki, Azərbaycanda beynəlxalq tədbirlər, yarışlar və forumlar keçirildiyi üçün bütün dövrlərdə Qərbdən maliyyələşən siyasi qruplar aktivləşməyə başlayır. Azərbaycanda 3 beynəlxalq tədbirin - Texnofest festivalının, "Formula-1" yarışmasının və Qlobal Bakı Forumunun keçirilməsi həmin siyasi qüvvələri yenidən aktivləşdirib.

Yenə həmin qüvvələrin hansı iyrənc yollara əl atacağı, kimin burnunu qanadacağı mərak edilirdi...

Önəmli beynəlxalq tədbirlər ərəfəsində Azərbaycana qarşı "qara piar" və informasiya kampaniyaları gözlənildiyi kimi tam sürətilə davam edir. Bəli, ölkəmizdə keçirilən önəmli beynəlxalq tədbirlər ərəfəsində bizi xarici aləmdə, beynəlxalq ictimai fikirdə, informasiya məkanında neqativ fonda göstərən süni "gündəm" yaratmaq cəhdləri öncələr də olub. Təəssüf ki, indi də var, bu "süni gündəm"çilərin gələcəkdə (ən azı yaxın gələcəkdə) öz işinə davam etməyəcəyinə də tam zəmanət yoxdur.

"Texnofest-2022" festivalı, "Formula-1" yarışması və Bakı Enerji Həftəsi kimi yüksək nüfuzlu beynəlxalq tədbirlər ərəfəsində yenə ənənəvi vasitələrdən istifadə müşahidə olunur. Budur, artıq rayonlardan birində itlərin öldürülməsi xəbəri tirajlanmağa başlayıb. Bu ərəfədə yenə ənənəvi vasitələrdən istifadə olunacağı istisna edilmirdi. Doğrudur heyvanları qorumaq lazımdır. Ancaq maraqlıdır ki bu niyə məhz beynəlxalq tədbirlər ərəfəsində gündəmə gəlir, yada düşür. Demək ki, kimlərsə bununla gündəm yaratmağa maraqlıdır. O "kimlər" də ictimaiyyətə gün kimi aydındır.

Bir neçə gün öncə paytaxtın mərkəzindəki bir yarımaksiyada andır LGBT-nin mərət bayraqlarının qaldırılmasını təsadüf saymaq olarmı?

Həmin aksiyadan sonra bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda "LGBT hüquqları"nın pozulması barədə bəyanatlarla, xarici media müvafiq materiallarla çıxış etdi. Növbəti beynəlxalq tədbirlərin keçiriləcəyi ərəfədə "loqossuz və etossuz mövzular"dan daha aktiv şəkildə ("pafos"la)  sui-istifadə olunacağı şübhə doğurmur.

"TEKNOFEST", Bakı Enerji Həftəsi və Formula1 ərəfəsində Azərbaycandakı bu ictimai-siyasi fəallıqla bağlı təəccüblü heç nə yoxdur. Çünkü hadisələrin xronologiyasına nəzər saldıqda (Fəvvarələr meydanında aksiya, PA qarşısında "itlər" aksiyası, Tural Sadıqlının valideynlərinin PA qarşısında aksiyası, MM qarşısında AXCP-dən olan qadınların "uşaq pulu" aksiyası, qazilərin son aksiyası) anlaşılır ki, baş verənlər beynəlxalq tədbirlər ərəfəsində ənənəvi olaraq süni gündəm və gərginlik yaratmaq cəhdindən başqa bir şey deyil. 

Əslində bu aksiyaların "informasiya dəstəyi" - iştirakçıların yanında peyda olan və canlı yayın açan "YouTube" kanalları və sosial mediann fəal istifadəçilərinin əsasən AXCP və Əli Kərimliyə yaxınlığı ilə seçilmələri bu hadisələrin baş verməsində, onların daha böyük kütləyə təqdim edilməsində maraqlı olan qüvvələrin kimlər olduğunu aşkar edir. 

Beynəlxalq tədbirlərin keçirildiyi ərəfədə bu və digər mövzulardan daha aktiv şəkildə sui-istifafə olunacağı ehtimalı böyük idi ki, biz ötən gün bunun digər bir nümunəsini gördük. Son narazılıqlar fonunda ən yolverilməzi qazilərin problemlərindən istifadə halının diqqət çəkməsidir.

Bəs qaziləri dövlətdən bu dərəcədə narazı salmaq kimin marağındadır?

Düzü, elə son qazilərlə bağlı olay da daha kreativ bəhanə qondarmağı sevən sözügedən qrup üçün lap göydəndüşmə idi. Sual əslində ritorik xarakter daşıyır. Qazilərin bu həssas dönəmindən istifadə etməyə çalışan, əsasən kənar qüvvələrin sifarişini yerinə yetirməyi ilə seçilən bu "klan"ın üzvləri təəssüf ki, sağlamlığını itirən bu Vətən fədailərinin vəziyyətindən istifadə edərək onları dövlət əleyhinə qaldırmağa cəhd edərək Qərbə İrəvanda az qala vətəndaş müharibəsi səviyyəsinə çatacaq anarxiya, özbaşınalıq, polis-vətəndaş qarşıdurması fonunda yeni bir ssenari təqdim etməyə çalışırlar. Lakin müharibənin qanlı-qadalı günlərini görmüş bu Vətən övladları xarici qüvvələrin, lobbilərin, dövlətlərin, siyasətçilərin maliyyələşdirməsi əsasında onların sifarişlərini icra etməyi boyunlarının borcu hesab edən belə bədnamlara həssas durumlarından bu cür istifadə cəhdlərinə imkan verməməlidirlər, buna mane olmaq üçün narazılıqlarının formasını və zamanını düzgün ayarlamalıdırlar.

Nəzərə alsaq ki, Azərbaycanın Vətən müharibəsindən sonra yaratdığı yeni geosiyasi reallığı artıq Qərb və ABŞ birmənalı şəkildə qəbul etməyə, rəsmi Bakının İrəvana təqdim etdiyi sülh paketinə açıq dəstək verməyə başladığı bir vaxtda sapı özümüzdən olan baltaların bu "fəallığı" postkonflikt dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərə, qazandığı nüfuza kölgə salmaq, ona xələl gətirmək niyyətindən başqa bir şey deyil. 

Bu hadisələrin Azərbaycanın nüfuzlu beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyi, ölkənin beynəlxalq nüfuzunun ardığı (ABŞ, Böyük Britaniya kimi ölkə başçılarının Azərbaycan Prezidentinə məktubları və s.), Böyük Qayıdışın başladığı (Zəngilanda Ağalı kəndindəki layihənin açılışı və  - red.) bir vaxtda baş verməsi tamamilə düşmən dəyirmanına su tökməkdir. 

"Super" güc hesab edilən ABŞ liderinin Azərbaycan Prezidentinə son zamanlar ard-arda yazdığı məktubların mətni ilə tanışlıq zamanı açıq-aşkar görünür ki, Ağ Evin rəsmi Bakıya qarşı əvvəlləki illərdə müşahidə etdiyimiz kəskin mövqeyi xeyli yumşalıb, Azərbaycanın ərazi bütövlüyünə olan dəstək artıq açıq şəkildə elan edilir və İlham Əliyevin regiondakı sülh təşəbbüsünə böyük dəstək ifadə edilir. Hadisələrin qısa zamanda bu qədər Bakının xeyirinə dəyişdiyi bir vaxtda Azərbaycanın imicinə xələl gətirəcək təxribat xarakterli etiraz aksiyalarına moderatorluq etmək ancaq erməninin və ona xidmət edənin işinə yaraya bilər. Biri düşdüyü vəziyyətdən çıxmaq üçün yeni imkan qazanacaq, biri isə ondan əldə edəcəyi paranı ...




Paylaş:


Müəllif : Tarix:
3-06-2022, 16:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər