reklam
Regionxeberlericom.az » Siyasət » Ukrayna Prezident ofisindən yeni proqnoz – “Yığılmış silahların miqdarı nəzərə alınsa...”

reklam

Ukrayna Prezident ofisindən yeni proqnoz – “Yığılmış silahların miqdarı nəzərə alınsa...”

















Fevralın 24-dən, yəni Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayan gündən onun nə zaman bitəcəyinə dair müxtəlif proqnozlar, versiyalar səsləndirilib. Həmin proqnozların böyük əksəriyyətinə görə, artıq bu savaş çoxdan bitməli idi. Lakin görünən odur ki, onun nə vaxt sona çatacağını heç kim dəqiq deyə bilmir – hətta savaşda iştirak edən dövlətlərin başçıları belə...

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Rusiyanın “Meduza” portalına müsahibəsində müharibənin başa çatmasının mümkün tarixi barədə sualı cavablandırıb.














Podolyak dəqiq tarix deməyin çətin olduğunu bildirməklə yanaşı, savaşın hələ bir neçə ay davam edəcəyini söyləyib: “Əgər tərəflərdə yığılmış silahların miqdarı nəzərə alınsa, bu müharibə 2 aydan 6 aya qədər davam edə bilər. Müharibəyə onlarla, hətta yüzlərlə faktor təsir edir. Bu faktorlara birbaşa döyüş və diplomatiya ilə bağlı olmayanlar da daxildir. Dəqiq tarix qoymazdım. Daha çox bizim ölkəmizdə, Rusiyada və Avropadakı ictimai əhval-ruhiyyəyə diqqət yetirmək lazımdır. Biz Avropadakı rusiyapərəst lobbi ilə daha intensiv işləməliyik ki, onlar Ukrayna üçün ölümcül narrativləri irəli apara bilməsinlər”.

Böyük ehtimalla, Podolyakın nəzərdə tutduğu məsələ Qərbdəki Fransa, İtaliya, Macarıstan kimi ölkələrin rəhbərlərinin, eləcə də Henri Kissencer kimi şəxslərin Ukraynanın güzəştə getməli olduğuna, işğalçılıq müharibəsi aparmasına, qırğınlar törətməsinə baxmayaraq, Rusiyanın maraqlarının nəzərə alınmasına dair tezislərdir.

Bundan əvvəl Ukrayna Prezident Ofisi rəhbərinin digər müşaviri, tanınmış hərbi ekspert Aleksey Arestoviç də müharibənin hələ bir neçə ay davam edəcəyini deyib. Prezident Ofisinin rəhbəri Andrey Yermak isə Rusiyanın müharibəni mümkün qədər uzatmaq və say üstünlüyündən istifadə edərək, qalib gəlmək fikrində olduğunu bildirmişdi.




Paylaş:


Müəllif : Tarix:
4-06-2022, 11:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər