MOSKVA GÖRÜŞÜNÜN HANSI NƏTİCƏLƏRİ OLDU? – “Azərbaycan vaxt müəyyən etməlidir”
Moskvada Azərbaycan və Ermənistan dövlət sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı ikitərəfli komissiyanın görüşü olub.
Xatırladaq ki, İşçi qrupun ilk iclası ötən ilin yanvarında, sonuncusu isə ötən dekabrda Moskvada keçirilib. Qrupa baş nazir müavinləri - Azərbaycandan Şahin Mustafayev, Rusiyadan Aleksey Overçuk, Ermənistandan Mqer Qriqoryan sədrlik edirlər. Baş nazir müavinləri Mqer Qriqoryan və Şahin Mustafayev sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə ikitərəfli komissiyaya da başçılıq edirlər.
Görüş ərəfəsində təmas xəttində atəşkəs yenidən pozuldu və bu dəfə iriçaplı silahlardan, qumbaratanlardan istifadə edildi. Habelə Rusiyanın "Ria Novosti" dövlət informasiya agentliyi separatçı cinayətkarlardan Artak Beqlaryanı “dövlət naziri” kimi təqdim edərək onun müsahibəsini yayımlardı. Azərbaycan dərhal sözgedən agentliyin saytını bloklayıb.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl həm baş verən hadisələri, həm də görüşü şərh edərkən bildirib ki, tərəflərin Moskvada masa arxasına oturması qərarı onu göstərir ki, iki ölkə arasında adi müzakirələrin aparılmasını Rusiya yalnız özünün vasitəçiliyi ilə mümkün sayır. "Açığı, bu görüşlərdən heç bir müsbət nəticə, yəni, reallaşacaq konkret bir işi gözləmək sadəlövhlük olar, çünki müharibə bitəndən bəri Rusiya sülh arabasının təkərinə çomaq soxmaqla məşğuldur", - ekspert qeyd edib.
İ.İsmayıl xatırladır ki, Brüssel görüşləri hələ başlamadan Moskva özünü ortaya atıb, Soçidə tələsik üçtərəfli görüş keçirdi və guya nəyəsə razılıq verildi, amma ortada real heç nə olmadı. Onun sözlərinə görə, Brüsseldə ikinci görüşdən sonra komissiyaların yaranması üçün konkret vaxt müəyyən edilsə də, Ermənistanın daxilində Rusiyanın idarə etdiyi siyasi qüvvələr küçə etirazları ilə gərginlik yaratdı və bu günə qədər davam edir: "Delimitasiya işini pozmaq üçün isə dövlət sərhədində hər gün təxribatlar törədilir, Xankəndidəki separatçı rejimin liderləri radikal çıxışlar edir, Rusiya silahlı qüvvələrinin Qarabağda müddətsiz qalmaq tələblərini intensiv halda gündəmə gətirirlər. İndi də, Moskva görüşü keçirilən gündə Rusiya mediası avantürist, qondarma bir separatçı lideri - Artak Beqlaryanı “dövlət naziri” statusunda oxuculara təqdim edib, Azərbaycanın ərazi bütövlüyünə qarşı fikirlərə geniş yer ayırır. Bunun adı, məramı məlumdur: Qarabağda münaqişənin son nöqtəsi qoyulmasın, Xankəndi ətrafında Rusiya hərbi kontingenti uzun müddətə qalsın, iki ölkə arasında sülh müqaviləsi imzalanmasın, Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsinə dövlət nəzarəti uzun müddətə bərpa olunmasın, Cənubi Qafqazda Rusiya təsiri davam etsin. Bir sözlə, Rusiyanın məqsədi Qarabağ ətrafında yeni status-kvo yaradıb, sonra da onu dondurmaqdır". Ekspert xatırladır ki, Moskvadakı ilk iclas nəqliyyat-kommunikasiya maneələrinin aradan qaldırılmasına həsr olunub. “Sərhəd delimitasiyasından əvvəl niyə yollar açılmalıdır? Hansı yol açılacaq?", - deyə, o sual edir.
İlham İsmayıl deyir ki, haqqında çox danışılan Zəngəzur yolu Ermənistan ərazisində hazır deyil: nə dəmir yolu, nə də magistral: "Hazır olması üçün 220 milyon dollar lazımdır və Ermənistan öz nəzarətində omayan belə bir yolun açılmayacağını dəfələrlə bildirib. Ayrı hansı yol açılmalıdır? İcevan-Qazax yolu, yoxsa Basarkeçər-Xankəndi yolu? Rusiyanı maraqlandıran Azərbaycan ərazisindən keçib dəmir yolu ilə Ermənistana yük daşımaqdır. Qeyd olan yolların açılması Azərbaycana nə verəcək? Bizi heç Ağdam-Şuşa yolundan istifadə etməyə qoymurlarsa, Zəngəzur yolu üfüqdə görsənmirsə, o zaman yol məsələsini önə çəkib müzakirə etmək kimə sərf edir? Bizə sərf etmir. Ermənistan, Rusiya açılan yollardan istifadə edib bəhrələnəcəklər, biz də gözləmədə qalacağıq ki, Zəngəzurdan Naxçıvana nə vaxtsa yol olacaq".
Təhlükəsizlik eksperti bildirir ki, görüş haqqındakı rəsmi xəbərdə yollar açılarkən sərhəd, gömrük və digər nəzarət sistemlərinin yaradılması barədə “mövqelərin yaxınlaşması” qeyd olunub: "Çox yaxşı. Bu mənada yeni Laçın yolu istifadəyə veriləndə sərhəd, gömrük nəzarət sistemlərinin yaradılması məsələsi cəmiyyətimizi çox narahat edir və buna aydın cavab hələ yoxdur. Əvvəllər də qeyd etdiyimiz kimi, yeni Laçın yolunda sərhəd, gömrük nəzarət sisteminin yaradılması münaqişənin tam nizamlanması prosesini sürətləndirəcək və burada qazanan tərəf sözsüz ki, Azərbaycan olacaq. Maraqlıdır, Moskva görüşündə Laçın yolunun statusu barədə müzakirə aparılıbmı?"
Ekspert əmindir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində indi yeni bir mərhələ başlayır: Rusiya və Ermənistan daha çox sülh görüntüsü yaratmaqla zaman uzatmağa çalışacaq. Onun sözlərinə görə, Ukraynada müharibənin davam etməsi Rusiyanı Cənubi Qafqazda aktiv siyasət yeritməkdə işini çətinləşdirir və bu məqsədlə proseslərin ləng getməsi və ya dondurulması üçün maksimum səy göstərir: "Azərbaycan illərdir ki, bu siyasətin zərərini çəkir. Bu mərhələdə düşmənin və havadarının siyasi manevrlərinə, daha doğrusu siyasi oyunlarına qarşı güclü təzyiqimiz olmalıdır. Avropa İttifaqı və Türkiyə regionda tezliklə sabitliyin və təhlükəsizliyin yaranması üçün problemin son nizamlanmasında bizim tərəfdaşlarımızdır və bu amildən maraqlarımıza uyğun nəticələr əldə etməyimiz realdır".
İ.İsmayıl hesab edir ki, Azərbaycanı təmsil edən komissiya perspektiv görüşləri intensivləşdirməli və əldə olunan razılaşmaların həyata keçməsi üçün vaxt müəyyənləşdirməlidir. "Hər bir görüşün nəticələri barədə isə cəmiyyətə zəruri bilinəcək qədər informasiya verilməlidir",-ekspert vurğulayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-06-2022, 22:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər