“Avropa İttifaqı ilə saziş payızda imzalana bilər” - GƏLİŞMƏ
Ötən həftə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri oldu. Azərbaycan prezidenti və bir sıra rəsmilərlə görüşən D.Tusk Azərbaycanla Aİ arasında imzalanacaq tərəfdaşlıq sazişinin hazırlanması ilə bağlı aparılan danışıqların başa çatmaq üzrə olduğunu bəyan etdi.
Bəs Tuskun Bakı səfəri Azərbaycanla Avropa İttifaqı arasında sazişlə bağlı danışıqlara necə təsir göstərəcək? Danışıqların hələ də yekunlaşmaması nədəndir? Bu il sazişin imzalanması reallaşa biləcək?
Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun səfəri tək Azərbaycana planlaşdırılmamışdı: “Bu səfər hamının bildiyi kimi regiona, yəni eyni zamanda Gürcüstana və Ermənistana da oldu. Azərbaycan bu günə kimi Avropa İttifaqı ilə sazişi imzalamasa da bu istiqamətdə danışıqlar prosesi və müxtəlif sahələr üzrə əməkdaşlıqlar davam edir. Sözsüz ki, Avropa İttifaqı Şurasının prezidenti ilə sazişin imzalanmasına əngəl olan səbəblərlə bağlı da danışıqların olması mümkündür. Amma hesab edirəm ki, çərçivə sazişinin imzalanması tək bu səfərlə irəli gedə bilməz. Ən azından tərəflərin razılaşdıra bilmədikləri bir sıra məsələlər öz həllini tapmalıdır ki, proses yekunlaşmağa doğru getsin. Diqqət etdinizsə, hətta Tuskun özü belə, sazişin nə zaman imzalanacağı barədə dəqiq tarix söyləyə bilməyəcəyini dedi. Ümumiyyətlə, bu sazişin müddəaları hələ öncədən ictimaiyyət üçün kifayət qədər qapalı olub. Hər iki tərəf hər dəfə ümumi məlumatlar verməklə kifayətləniblər.
Düşünürəm ki, ola bilsin, yekun razılaşmadan sonra sazişin tam mətnini görə bilərik. Hələ may ayında xarici işlər naziri Elmar Məmmədyarov danışıqlarda müddəaların 90 faizinin razılaşdırıldığını, yerdə qalanlar üzərində isə işlər getdiyini bildirmişdi. Təxminən eyni fikri Avropa İttifaqı Genişləndirmə Komissarı Yohannes Han da söyləyərək bir sıra məqamlarla bağlı danışıqların davam etdiyini və payıza qədər razılaşdırıla biləcəyinə ümid etdiyini bildirmişdi. Bir sıra Avropa İttifaqı nümayəndələrinin zaman-zaman verdiyi açıqlamalardan belə qənaətə gəlmək olur ki, razılaşdırılmayan məqamların içində vətəndaş cəmiyyəti, insan haqları, məhkəmə hüquq islahatları ilə bağlı məsələlər də xüsusi yer tutur. Bu sazişin lazım olan tələblərə cavab vermədən imzalanması əslində işin xeyrinə olmaz. Bu halda həm Azərbaycan, həm də Avropa İttifaqı üçün bu sazişin heç bir əhəmiyyəti olmaz. Bildiyim qədər sənəd imzalanandan sonra Avropa İttifaqına daxil olan bütün dövlətlərin parlamentləri ayrı-ayrılıqda ratifikasiya etməlidirlər ki, həmin zaman ciddi problemlər yaşana bilər. Ona görə də hesab edirəm ki, Azərbaycan indiyədək razılaşdıra bilmədiyi müddəaları maksimum şəkildə Avropa İttifaqı standartlarına uyğun razılaşdırarsa, həmin andan qısa müddət sonra bu sənəd imzalanacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-07-2019, 09:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-07-2019, 09:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29