Azərbaycana gələn rus turistlər “Mastercard” və “Visa” ala bilməyəcək - AÇIQLAMA
Azərbaycana gələn rusiyalı turistlərinin “Mastercard” və “Visa” kartlarından istifadəsinə aydınlıq gətirilib. Məlumata görə, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev AzVision.az -a açıqlamasında bildirib ki, “Mastercard” və “Visa” beynəlxaq kart təşkilatları olduğu üçün fəaliyyətlərini öz daxili qaydaları ilə müəyyən edirlər :
“İstər Azərbaycanda, istərsə digər ölkələrdə onların fəaliyyəti özlərinin müəyyən etdikləri daxili qaydalar və banklarla bağladıqları müqavilələr əsasında tənzimlənir. Yəni qadağalar ölkələrin seçimi deyil. Azərbaycan və digər ölkələrdə bu normalar nədirsə, ona əməl edirlər. Azərbaycana gələn rus turistlərə də bu qaydalar tətbiq olunur. Əgər onlar Azərbaycan vətəndaşı olsaydı və ya burada yaşamaq icazəsi alsaydı, o zaman bu kartları əldə edə bilərdilər. Çünki bu qaydalarda əks olunub"
Qeyd edək ki, Ukraynaya hərbi müdaxilədən sonra “Visa” və “Mastercard” beynəlxalq təşkilatları Rusiyaya sanksiya tətbiq ediblər. Artıq bu beynəlxalq ödəniş sistemləri Rusiyada fəaliyyətini dayandırıb. Rusiya Mərkəzi Bankı isə çıxış yolu kimi ölkə vətəndaşlarına xaricə nağd pul aparmağı tövsiyə edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-06-2022, 16:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər