reklam
Regionxeberlericom.az » Siyasət » Zelenski: "Rusiya banklarının fəaliyyəti tamamilə bloklanmalıdır"

reklam

Zelenski: "Rusiya banklarının fəaliyyəti tamamilə bloklanmalıdır"

















Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı daha da güclənməli olan yeddinci sanksiyalar paketinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

O, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birgə brifinq zamanı bildirib.

"Mən Avropa İttifaqına Rusiya Federasiyasına qarşı sanksiya siyasətinə görə minnətdaram ki, bu da bizim mübarizəmizə çox kömək edir. Aİ-nin altı sanksiya paketi müharibə üçün Rusiyaya qarşı maddi təzyiq alətinə çevrilib. Lakin müharibə, təəssüf ki, hələ də davam edi və sanksiyalar daha da gücləndirilməlidir, - Zelenski vurğulayıb.

Xüsusilə, o əlavə edib ki, “müharibə üçün işləyən, daim repressiyaya çalışan” bütün Rusiya rəsmiləri və hakimlərinə sanksiyalar tətbiq olunmalıdır.

"Avropa İttifaqı istisnasız olaraq, bütün Rusiya banklarının fəaliyyətini tamamilə bloklamalıdır. Bu, ilk növbədə,  "Qazprombank"a aiddir"", - dövlət başçısı vurğulayıb.

Bundan əlavə, o qeyd edib ki, Rusiyaya bu və ya digər şəkildə kömək edən bütün Rusiya şirkətlərinə qarşı da sanksiyalar lazımdır.





Paylaş:


Müəllif : Tarix:
11-06-2022, 23:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər