Ermənilər Laçında hərkətə keçirlər: Rusiya da dəstək olacaq? - NƏ BAŞ VERİR?
“Ermənistanda revanşistlər Laçın şəhərinin Azərbaycana təhvil verilməsinə qarşı planlar hazırlayır”. regionxeberlericom.az sfera.az-a istinadla bildirir ki, bunu politoloq Asif Nərimanlı deyib. O, erməni təşviqatçıların Ermənistan Prezidenti Nikol Paşinyana təsir etmək niyyətində olduğunu bildirib:
“Azadlıq hərəkatı” adlı radikal təşkilatın həmtəsisçisi Nairi Oxikyan deyir ki, onların üzvləri Laçının “müdafiəsi”ndə fəal iştirak edir və şəhərin təhvil verilməsinin qarşısını alacaqlar. Bunu necə edəcəklərinin detallarını açıqlamaq istəmir, əlavə edir ki, müxtəlif aksiyaların təşkili ilə Laçının təhvil verilməsini müəyyən müddətə təxirə salmağı düşünürlər.
Hesab etmək olar ki, erməni revanşistlər Oxikyanın dediyi kimi müxtəlif aksiyalarla Paşinyana təzyiq etmək, onu üçtərəfli razılaşmanın 6-cı bəndini pozmağa məcbur etmək istəyirlər, lakin açıqlamada iki məqam təxribatın Laçında ola biləcəyi versiyasını ön plana çıxarır. Birincisi, Oxikyan hərəkatın üzvlərinin Laçının “müdafiəsində” fəal iştirak etdiyini deyir. İkincisi, o, atacaqları addımların detallarını açıqlamaqdan imtina edir. Mümkündür ki, erməni təxribatçılar Laçının hazırda rus sülhməramlılarının nəzarətində olan bölgələrində silahlı dəstələr yaradıb və alternativ marşrutun istifadəyə verilməsindən sonra hərəkətə keçəcəklər.
Bu prosesdə Rusiyanın da mümkün maraqları var”.
A.Nərimanlı Rusiyanın Laçın məsələsini “kart” kimi istifadə edəcəyini vurğulayıb:
“Ermənistan tərəfinin məlumatları yeni marşrutun daha əlverişsiz olduğu yönündədir: bu, ruslara sərf etmir, çünki yeni yol ermənilərin Qarabağa gediş-gəlişini çətinləşdirə, əhalinin bölgədə qalmaq perspektivini daha da azalda bilər. Bakı “Zəngəzur və Laçın dəhlizi eyni rejimlə işləməlidir” tələbini yeni marşrutun istifadəyə verilməsindən sonra aktuallaşdıra bilər. Moskva Laçın şəhərinin Azərbaycana təhvil verilməsi məsələsini “üçtərəfli razılaşmalarda irəliləyişlər”dən biri kimi, Bakıya qarşı kart kimi istifadə etməyi planlaşdırır və istisna deyil ki, bu kartı hələki əlindən çıxarmaq niyyətində deyil. “Azadlıq hərəkatı”nın üzvlərinin Laçının “müdafiəsi”ndə iştirakı” doğrudursa, bunun rus sülhməramlılarının icazəsi olmadan etmədikləri də bəllidir”.
Paşinyanın da burada öz oyununun olması ehtimalı nəzərdən qaçmamalıdır. Rəsmi İrəvanın “Azadlıq hərəkatı”ndan ikinci “Sasna srer” hadisəsi düzəldə bilməsi mümkün versiyalardan biridir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-06-2022, 16:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər