“Təxribata uymayan Azərbaycan əsgərinə təşəkkür edirik” – Gürcüstanın azərbaycanlı deputatları
İyulun 14-də Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Keşikçidağ” sahəsində yerli sakinlər və azərbaycanlı sərhədçilər arasında kiçik insident baş verib.
Keşikçi Dağı Məbəd-Kompleksində bələdçi çalışan şəxs iddia edib ki, azərbaycanlı sərhədçilər kilsədən ikonaları icazəsiz götürüblər. Bu səbəbdən dolayı Gürcüstan vətəndaşları azərbaycanlı əsgərin silahını əlindən alıb. Həmin proses videogörüntü şəklində yayılaraq bir neçə gündür ki, geniş müzakirəyə səbəb olub.
Yaşanan hadisə ilə bağlı Modern.az-a danışan “Gürcü Arzusu” partiyasında təmsil olunan azərbaycanlı deputat Mahir Dərziyev bildirir ki, “Gürcüstanla Azərbaycan arasında həll olunmayacaq məsələ yoxdur”.
“Baş verən insident arada olan dostluq, qardaşlıq ruhuna uyğun həll edilməlidir. Məsələ ilə bağlı iki tərəfli dövlətlər arasında iş gedir, ekspertlər cəlb olunub. Hadisə beynəlxalq hüquq çərçivəsində, danışıqlar yolu ilə öz həllini tapmalıdır. Mahiyyət etibarilə yaşanan hadisə düşmənlərimizin işidir. Azərbaycan Gürcüstan dostluğunu istəməyən qüvvələr həm daxildə həm də xaricdə mövcuddur. Həmin qüvvələr həmçinin, “Gürcü Arzusu” partiyasına qarşı olan qüvvələrdir. Çünki açıq deyək, bu gün “Gürcü Arzusu” iqtidarı çox tənqid olunur. Əks qüvvələr aradakı sabitliyi pozmaqla, Gürcüstanın fikrini Abxaziya, Cənubi Osetiya problemindən, Azərbaycanı isə Dağlıq Qarabağ məsələsindən fikrini yayındırmağa nail olmaq istəyir”.
Gürcüstanda yaşayan deputat Azər Süleymanov isə hadisə zamanı azərbaycanlı əsgərin təxribata uymamasını alqışlayıb.
“Mən o əsgərə təşəkkür edirəm ki, heç bir provakasiyaya uymadı. Əlində silah olan bir insan qarşı tərəfi düşmən gözü görə, o silahdan istifadə edə bilərdi. Lakin o əsl əsgər kimi öz borcunu yerinə yetirdi və gərginliyi daha da artırmadı. Hadisədə iştirak edən digər tərəfdən hər kəs öz cəzasını almalıdır. Dost, qardaş dediyin dövlətin əsgərinin silahını almaq birinci növbədə Gürcüstan üçün təhqirdir. Gürcüstan əhalisi adından həmin əsgərdən, sərhəd qoşunlarından yaşanan hadisə ilə bağlı üzr istəyirəm. İnsidentə artıq üçüncü qüvvələr də qoşulub. Belə ki, başqa dövlətlərin marağı var ki, yüz illərdir ki, strateji müttəfiq, dost olan iki dövlətin arasına nifaq düşsün. Xüsusilə onu da deyim ki, burada məqsəd həm də Gürcüstanda yaşanan mitinqlərdən diqqəti yayındırmaq, yeni gündəm yaratmaqdır”.
Gürcüstan parlamentində digər azərbaycanlı deputatı Ruslan Hacıyev qeyd edir ki, çoxu şəxsi ambisiyası ilə davranıb və məsələyə ehtiyatla yanaşılmalıdır.
“Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyən qüvvələr çoxdur. İstər Gürcüstanda istərsə də, Azərbaycanda bu qüvvələr yetərincədir və xarici havadarların dəstəyilə hərəkət edirlər. Son insidentdə Azərbaycan sərhədçisinə təşəkkür edirəm ki, emosianal davranmayaraq, hadisəni rahat ve düzgün şəkildə qiymətləndirərək addım atıb. Ölkələrimiz arasında bizləri tək sərhəd xətti birləşdirmir, bizim Azərbaycanla dəyərli strateji müttəfiqlik və qardaşlıq münasibətlərimiz var. Əminəm ki, bunu pozmağa çalışanlar və bu hadisələrdən sui- istifadə edənlər layiqli cavablarını alacaqlar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-07-2019, 15:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-07-2019, 15:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20