Lavrov Bakıya dolayı yolla gəldi - Cavabını aldı
Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvan və Bakıya səfəri çox qəribə marşrut xətləri üzərə həyata keçirildi. Lavrov İrəvana Ankaradan, Bakıya isə Tehrandan uçdu. Lavrov Ankara və Tehrana səfərində danışıqlar masasında tərəflərin xarici siyasətinin prioritetini təşkil edən Cənubi Qafqaz, xüsusən də Ermənistan-Azərbaycan münaqişəsi olub.
Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin Cənubi Qafqazda aktivləşməsi, Moskva və Tehranı ciddi şəkildə əndişələndirir və bundan narahatlıq keçirirlər. Moskva və Tehran Qərbin Cənubi Qafqaza girişini əngəlləmək üçün fəaliyyətlərini koordinasiya olunmuş şəkildə həyata keçirdiyini qeyd etsək yanılmarıq. Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən sonra İrəvanda revanşist qüvvələrin aktivləşməsi və onlara mənəvi və maddi dəstək məhz bu iki mərkəzdən verildi. Amma Ermənistandakı revanşist qüvvələr onların qarşısına qoyulan hədəflərə nail ola bilmədi. Bundan daha çox Moskva və Tehran faydalanmağa çalışdı. Onu da unutmaq lazım deyil ki, Tehran İrəvandakı prosesləri alovlandırmaqla yanaşı, Azərbaycanda da ictimai-siyasi vəziyyətin gərginləşdirilməsi istiqamətində müəyyən səylərdə bulundu.
Siyasi güc yolu ilə Qərbin Cənubi Qafqazda girişinin qarşısını ala bilməyən və bölgədə təşəbbüsü əldən vermək istəməyən Moskva fərqli taktika həyata keçirməyə başlayıb. Bu da ondan ibarətdir ki, Moskva bölgədə real güc sahibi olan Ankara ilə danışıqlara gedərək münaqişənin həll olunub sülhün yaranması istiqamətində real addımlar atılmasınını müzakirə edib, müəyyən razılıq əldə olundu. Lavrov Ankara danışıqlarında əldə edilmiş razılıqlarla İrəvana uçub, burada vəziyyəti müzakirə edib, qarşıda atılacaq addımları müzakirə etdi.
Təbii ki, Lavrovun İrəvana gətirdiyi təkliflər revanşist qüvvlərin marağına uyğun olmadığı üçün onun səfərinə etiraz olaraq təhqiramiz ifadələr əks olunan plakatlarla aksiyalar da keçirildi.
Düzdür, danışıqlarda tam razılıq olmasa da, tərəflər müəyyən məsələlərdə, xüsusən də kommunikasiyaların açılması, sülh sazişi üzərində işlərin başlanması, sərhədlərin demarkasiya və delimitasiyası və bir sıra digər məsələlərdə ortaq məxrəcə gələ bildilər. Bölgədə sülhün əldə edilməsində Rusiyanın da maraqlarının nəzərə alınması və danışıqlar formatında iştirakını zəruri saydılar. Məhz elə bu ortaq məxrəcə gəlmənin nəticəsi olaraq Lavrovun səfərindən sonra İrəvandakı revanşist qüvvələrin davamlı küçə aksiyalarına son verildi. Paşinyan hakimiyyətini devirmək üçün bir araya gələn Ermənistan müxalifəti nəinki aksiyaları dayandırmalı oldu, həm də parçalandı.
Moskva və Tehranın diplomatik və dolayı xarakterli təzyiqlərinə baxmayaraq Bakı Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi, bölgədə dayanıqlı sülhün və sabitlin yaranması istiqamətindəki mövqeyindən geri çəkilməyərək, açıq şəkildə növbəti dəfə aydın formada mövqeyini ortaya qoydu. Sülh ancaq və ancaq Bakının irəli sürdüyü şərtlər daxilində mümkündür. Bunun əksi bölgədə gərginliyin artmasına xidmət edəcək ki, bundan da nə Moskva, nə Tehran uduşla çıxacaq.
Sərgilənən mövqe Moskva və Tehranı Bakı ilə münasibətlərdə hansısa güzəştlərə vadar etməli oldu. Odur ki, bu dəfə Lavrov Bakıya uçmazdan öncə Tehrana gedərək yaranmış durumu müzakirə edib, hər iki tərəfin vahid mövqeyi ilə Azərbaycana gəlməli oldu.
Bakı səfəri zamanı Prezident İlham Əliyevlə görüşdə ölkə başçısı bir daha İrəvanın sülh mesajlarının cavabsız qaldığına, kommunikasiyaların açılamsı ilə bağlı öhdəliyi yerinə yetirməməsi ilə bağlı məsələyə diqqət çəkərək növbəti dəfə xəbərdarlığını etdi. Azərbaycan Prezidenti bununla Lavrovun diqqətinə İrəvanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməməsində “Moskvanın da məsuliyyəti var” mesajını vermiş oldu. Çünki qəbul edilən sənədlərin icrasına nəzarəti Moskva həyata keçirir. Ona görə də Moskva da üzərinə düşən öhdəliyi yerinə yetirib İrəvanı imzalanan sənədlərin icrasına vadar etməlidir.
Lavrov Bakıda Prezident İlham Əliyevlə görüşdə konkret təkliflə gəldiyi mesajını da verdi. Lavrov sərhədlərin delimitasiyası və demarkasiyası üçün yaradılmış iki komissiyanın xətti üzrə işə məsləhət xidmətləri göstərməklə yanaşı, konkret təkliflərinin olduğunu bəyan etdi. Digər məqam isə Ermənistan tərəfinin də sülh danışıqlarına hazır olduğunu və bu məsələdə Kremlin yardımçı olacağını diqqətə çatdırıb. Lakin Bakının münaqişənin qısa zamanda həll olunub sülh sazişi imzalanmasında mövqeyi qətidir və dəyişməzdir. Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə rəsmi Bakının mövqeyi diplomatik dillə bir daha onun diqqətinə çatdırılıb. Bayramov münasibətlərin normallaşmasının süni şəkildə uzadılması mənfi təsirlərə, böyük risklərə səbəb olacağını, eyni zamanda münaqişənin keçmişdə qaldığını və İrəvanla münasibətləri normallaşdırmaq üçün bütün üçtərəfli bəyanatları yerinə yetirməyin vacibliyni bəyan edib.
Artıq top Moskva tərəfdədir. Lavrovun səfərinin yekunu olaraq onu demək olar ki, Moskva Cənubi Qafqazda maraqlarını təmin etmək istəyirsə, o zaman bölgədə sülhün əldə olunması üçün İrəvana təzyiq edib real addımlar atmalı və ölkələrarası münasibətlərdə səmimiyyət nümayiş etdirməlidir.
Səfərin yekunu onu deməyə əsas verir ki, yaxın vaxtlarda İrəvan-Bakı münasibətlərinin tənzimlənməsi istiqamətində Azərbaycan Prezidentinin Putinlə görüşü istisna deyil. Bu görüş növbəti həftə Aşqabadda reallaşa bilər. Həmin səfərdə İran prezidenti ilə görüş istisna edilmir. Bundan sonra isə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli formatda görüşü ola bilər. Çünki iyulun sonu və ya avqustda Avropa Birliyinin təşəbbüsü ilə Brüsseldə Azərbaycan, Ermənistan liderlərinin görüşü planlaşdırılır. Odur ki, Moskva bölgədə Azərbaycan təkilf etdiyi formada dayanıqlı sülhün əldə olunması üçün real addımlar atmazsa, o zaman bölgədə Brüsselin dominantlığının və Moskvanın sıxışdırıldığının şahidi olacağıq.
Ölkə.Az
Paylaş:
Müəllif : Yazar
Tarix:24-06-2022, 16:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər