reklam
Regionxeberlericom.az » Siyasət » Lavrovun Bakı səfərinin aydınlıq gətirməli olduğu əsas sual - AKTUAL

reklam

Lavrovun Bakı səfərinin aydınlıq gətirməli olduğu əsas sual - AKTUAL


Rusiyanın baş diplomatı Sergey Lavrovun Bakı səfəri başa çatdı. Səfər öncəsi Rusiya XİN-in yaydığı məlumatda bir neçə cümlə diqqət çəkdi: “Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşı və müttəfiqidir. Ölkələrimiz arasında münasibətlər dostluq və mehriban qonşuluq ənənələri ruhunda inkişaf edir. Gündəlik birgə fəaliyyət bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında qurulur”.

Maraqlıdır ki, yenə məhz Lavrovun səfəri ərəfəsi Rusiyadan Azərbaycana ünvanlı bəzi reveransları müşahidə elədik. Məsələn, “RİA Novosti” dövlət agentliyi separatçı-quldur Beqlaryanla təxribatçı müsahibəsini sildi. Ardınca “Rossiya-24" kanalı Azərbaycan (Qarabağ, Şuşa) haqda erməniləri qəzəbləndirən reportaj yaydı. İki gün öncə isə Rusiya Müdafiə Nazirliyinin Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların nəzarət zonasını əks etdirən xəritəsindən ”Stepanakert" adı silinib. Və başqa bu kimi təqdiredici faktlar.

*****

Əlbəttə, bunlar iki qonşu ölkə arasında qarşılıqlı etimada təsir edən pozitiv məqamlardır. Ancaq yetərli deyil. Çünki Azərbaycan-Rusiya münasibətlərinə ən böyük təhlükə qalır - keçmiş Dağlıq Qarabağ probleminin “qalıqları”.

Söhbət Qarabağ anklavında erməni separatizminin hələ də meydan sulamasından, qanunsuz silahlı dəstələrin at oynatmasından, habelə bu günədək Zəngəzur dəhlizinin açılmamasından gedir. Nə barədə ki, Vladimir Putinin də imzası duran 10 noyabr üçtərəfli sazişdə aydın şəkildə yazılıb. Biz hələ Moskvanın İrəvanı indiyədək Bakı ilə sülh müqaviləsi imzalamağa məcbur eləmək istəməməsini demirik. Halbuki bunun üçün Kremlin əlində təzyiq rıçaqları kifayət qədərdir.

Sadalanan istiqamətlərdə durğunluq davam elədikcə şübhə yox ki, Azərbaycanda Rusiyaya qarşı etimad səviyyəsi də zəruri səviyyəyə qalxa bilməyəcək. Demək, Azərbaycanın bölgədə Rusiya üçün mühüm tərəfdaşı və müttəfiq olması barədə bəyanatlardan danışmağa dəymir. Ona görə ki, qeyd olunan məsələlər ölkəmiz, milli maraqlarımız üçün, öncəliklə də ərazi bütövlüyümüz və suverenliyimizin tam təsbiti üçün həyati önəm kəsb edir. İki dövlət arasında imzalanmış 22 fevral 2022-ci il tarixli Moskva Bəyannaməsi də bunu zəruri və diktə edir.

*****

Bu da faktdır ki, kapitulyant Ermənistanda revanşist-radikal qüvvələr, habelə “Şeytan yuvası” Xankəndindəki separatçıbaşı və onun ətrafına toplananlar müstəsna olaraq Rusiyaya bağlıdır. Onlara Moskvadan bir komanda bəsdir ki, özlərini yığışdırsınlar, xam xəyallarla yaşamaq əvəzinə sülh prosesinə qoşulsunlar. İrəvanın öz üzərinə götürdüyü yazılı öhdəlikləri yerinə yetirməyə maneə törətməsinlər.

Moskva nəhayət, onların cilovunu yığacaqmı? Sergey Lavrovun Bakı səfərinin aydınlıq gətirməli olduğu əsas sual, fikrimizcə, bu idi. Başqa sözlə, Ermənistanda hamının “Qarabağ Azərbaycandır!” deməsini tezləşdirmək, “miatsum” ideyasının tarixə gömüldüyü dərkini geridönməz eləmək üçün əsas missiya məhz Rusiyanın üzərinə düşür. Çünki Qafqaza “Ermənistan” adlı qondarma dövləti o sırıyıb.

Doğrudur, Ermənistanda “miatsum”, “status” qatarlının getdiyini anlayanlar az deyil. Bir çoxları isə ürəklərində bununla barışsa da, revanşislərin qorxusundan açıq dilə gətirmirlər. Bu xüsusda Ermənistanın rəsmi şəxslərinin “artsax heç vaxt Azərbaycanın tərkibində ola bilməz” sərsəm tezisini bəyan eləməkdən imtinası pozitiv sayılsa da, revanşist ruhun erməni cəmiyyətinin alt şüurundan tam silindiyini söyləmək də hələlik mümkün deyil. Rəsmilərin özlərini sığortalamaq üçün radikal müxalifətdən fərqli formada da olsa, vaxtaşırı status sözünü dilə gətirməsi bunun bariz sübutudur.

Amma enində-sonunda Ermənistanda hamı “Qarabağ Azərbaycandır” gerçəyi ilə barışacaq. Çünki məşhur kinopersonajın dili ilə desək, “topları yox, topxanaları yox”. Ermənistan ordusunun bərpası da yaxın və hətta orta perspektivdə mümkün görünmür. Bundan ötrü böyük pullar, peşəkar hərbi kadr potensialı, güclü iqtisadiyyat lazımdır ki, o da yoxdur, gözlənilmir. Zəngin və imkanlı Qərb, Avropa da İrəvana maliyyə yardımlarını ordu quruculuğu üçün verməyəcək. Müttəfiq Rusiya isə hələ uzun illər öz “yaralarını yalamaqla” məşğul olacaq, nəinki erməniyə havayı ordu qurmaq hayında olacaq. Dairə qapandımı?

*****

Güclü ordu üçün əlbəttə ki, ilk növbədə güclü və ya böyük iqtisadiyyat lazımdır. Bu da qonşularla normal əlaqələr qurmadan, blokadadan çıxmadan mümkünsüzdür. İkinci yandan, qonşularla normal münasibətlər bərqərar olandan sonra cırtdan Ermənistanın ordu nəyinə gərək? Ona polis qüvvələri də bəs edər. Əks halda, kasıbçılıq, səfalət onun yaxasından əl çəkməyəcək. Necə ki, çəkmir. Necə ki, COVİD-19 pandemiyası, ardınca Ukraynadakı müharibənin qlobal iqtisadiyyata yaradığı fəsadlar ən sərt şəkildə məhz Ermənistan kimi zəif ölkələri vurmaqdadır. Bu da növbəti fakt.

Polşadakı İqtisadiyyat İnstitutunun təzəcə açıqladığı hesabatda Ermənistan tezliklə aclıq təhlükəsi ilə üzləşə biləcək ölkələr sırasında yer alıb.

İnstitut tərəfindən çoxfaktorlu indeks əsasında yaradılan reytinqə əsasən, Ukrayna hadisələri və onların nəticələri bütün dünyada ərzaq təhlükəsizliyini və aşağı gəlirli ölkələri aclıqla təhdid edir. “Benin ən böyük çətinliklərlə üzləşə bilər. Onun ardınca Şimali Koreya, Sudan, Nikaraqua və Konqo Demokratik Respublikası, daha sonra isə Ermənistan, Misir, Livan, Gürcüstan və Ruanda risk altındadır” “, - hesabatda deyilir.

Odur ki, kapitulyant ölkə nə qədər gec deyil, qonşu Azərbaycan və Türkiyə ilə sülh oyunlarına təcili son qoymalı, ikiqat tələsməlidir...

“Yeni Müsavat”




Paylaş:


Müəllif : Tarix:
25-06-2022, 09:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər