reklam
Regionxeberlericom.az » Siyasət » “Paşinyan çətin vəziyyətdədir, ona kömək etməliyik” çağırışı - EHTİYAC VARMI?

reklam

“Paşinyan çətin vəziyyətdədir, ona kömək etməliyik” çağırışı - EHTİYAC VARMI?


“Paşinyan çox çətin vəziyyətdədir və ona kömək etməliyik”. Bu sözləri az öncə IX Bakı Qlobal Forumunda iştirak eləmiş Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin deyib.

O qeyd edib ki, Nikol Paşinyan qonşu ölkələrlə normal münasibətləri bərpa etmək iradəsini və istəyini nümayiş etdirir, bunsuz Ermənistanın iqtisadi inkişafı sadəcə, mümkün deyil: “Lakin baş nazirin konstruktivliyi Ermənistanda onun istefasını tələb etməkdə davam edən radikal qüvvələrə qətiyyən sərf eləmir. Paşinyan çox çətin vəziyyətdədir və ona kömək etməliyik”.

Amma necə? Bakı və Ankara ona hansı köməyi göstərə bilər, əgər Paşinyanın özü vaxt udmağa çalışırsa, “iki stul” siyasəti aparırsa? Dia.az-ın məlumatına görə, politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bldirdi ki, sabiq xarici işlər naziri Hikmət Çətinin fikirlərini hərfi mənadan daha çox ümumi fraza kimi qəbul etmək daha düzgün olar: “Çünki Azərbaycan və Türkiyə Ermənistana, konkret olaraq Nikol Paşinyanın özünə kifayət qədər zaman tanımaqla əslində yardım etmiş olublar. Azərbaycanın dövlət başçısı özünün çıxışlarında 2018-ci ildə Düşənbə görüşündən sonra Nikol Paşinyan yeni hakimiyyətə gəldiyi üçün ondan konstruktiv mövqe gözlədiklərini və Paşinyan mövqelərini Ermənistanda möhkəmlədəndən sonra konstruktiv addımlar atacağına ümid etdiyini, buna görə də ona şans tanıdığını bildirmişdi. Paşinyan o zaman ona tanınan şansı dəyərləndirmədi və 2019-2020-ci ildə onun avantürist bəyanatlarının artıq məsələnin dialoq və siyasi yolla həllinə imkan verməyəcəyi məlum oldu. Məhz bundan sonra Azərbaycan əks-hücum əməliyyatı nəticəsində torpaqlarımızın böyük hissəsini 44 gün ərzində azad etdi. 10 noyabr üçtərəfli bəyanatından sonra Azərbaycan tərəfi Ermənistandakı daxili siyasi vəziyyəti nəzərə alaraq Ermənistanda keçirilən növbədənkənar seçkilərə qədər yenə də Nikol Paşinyana vaxt tanıdı, ona imkan verdi ki, bir daha seçkilər vasitəsilə mövqelərini möhkəmləndirsin və ondan sonra Ermənistanla Azərbaycan arasında problemlərin həlli ilə bağlı konstruktiv addımlar atsın. Amma təəssüf ki, həmin seçkilərdən bir il vaxt keçməsinə baxmayaraq biz hələ də Ermənistandan davamlı ardıcıl addımlar görmürük. Ermənistan hakimiyyəti, konkret Nikol Paşinyanın özü ziddiyyətli açıqlamalar verməkdə davam edir”.

Politoloq vurğuladı ki, Azərbaycan Prezidentinin IX Bakı Qlobal Forumunda çıxışında da bəzi fikirlərini əslinə baxanda bir formada Ermənistana müəyyən vaxt verildiyi kimi dəyərləndirmək olar: “İlham Əliyev bildirdi ki, əgər Ermənistan sülh prosesində konstruktiv mövqe ortaya qoyarsa və səmimi olarsa, 1 il müddətində sülh sazişi imzalana bilər. Əslində bu formada Azərbaycan hələ də bir müddət təmkinli davranacağını bəyan etmiş oldu. Bu da Ermənistan və Nikol Paşinyan üçün son şans olar. Əgər Ermənistan yenə də özünün destruktiv fəaliyyəti ilə prosesi əngəlləməyə çalışacaqsa, onda təbii ki, məsələ tamamilə fərqli müstəvidə həllini tapa bilər. Ona görə də Azərbaycanın və Türkiyənin bu gün edəcəyi əsas yardım Paşinyana vaxt tanımaqla bağlı idi ki, o da əslində bu günə qədər tanınıb və bu limit də bitir. Azərbaycan hələ ki, səbir nümayiş etdirir və yəqin ki, bir müddət də təmkinli davranacaq”.

O.Qasımov qeyd etdi ki, hər halda Rusiya ilə də məsələlər müəyyənləşəndən sonra bir xeyli dərəcədə məsələlərə aydınlıq gələcək. Ona görə də Paşinyana yardımımız bizim ona indiyə qədər tanınan vaxt və bundan sonra da daha az zaman olacaq: “Həm Paşinyan, həm Ermənistan hakimiyyəti bu şansı dəyərləndirməlidir. Dəyərləndirməyəcəklərsə, yenə də bunun ən ağır zərbəsi və zərəri Ermənistana dəyəcək.”




Paylaş:


Müəllif : Tarix:
25-06-2022, 11:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər