reklam
Regionxeberlericom.az » Siyasət » Avropa Komissiyası Ukraynaya 1 milyard avro məbləğində tranş ayırmağı təklif edib

reklam

Avropa Komissiyası Ukraynaya 1 milyard avro məbləğində tranş ayırmağı təklif edib
















Avropa Komissiyası Ukraynaya 1 milyard avro məbləğində təcili makromaliyyə yardımının birinci tranşının ayrılmasını təklif edib.

Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen “Twitter” hesabında məlumat verib.

“Bu gün biz Ukraynaya 1 milyard avro ayırmağı təklif edirik. Makromaliyyə yardımının birinci hissəsi may ayında elan edilib. Bu, ölkənin təcili ehtiyaclarını ödəməyə kömək edəcək”, - deyə o bildirib.

AK rəhbəri qeyd edib ki, Avropa İttifaqı Ukraynaya yardımı davam etdirəcək və uzunmüddətli perspektivdə onun bərpasına dəstək verəcək.

"Mən Ukraynanın Avropa yönündə gələcəyinə inanıram. Bu, sizin gələcəyinizdir və bunu yalnız siz edə bilərsiniz. Siz bu ölkəni yaxşılığa doğru dəyişə bilərsiniz və bu, sizin son qələbəniz olacaq. Azad və şən Ukrayna. Suveren Ukrayna, nəhayət, bizim Avropa ailəmizlə yenidən birləşdi”, - deyə o qeyd edib.

Mənbə: UNİAN




Paylaş:


Müəllif : Tarix:
1-07-2022, 21:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər