reklam
Regionxeberlericom.az » Siyasət » Zəngəzur Dəhlizi HƏYƏCANI gürcüləri də TƏŞVİŞƏ SALIB... - gürcülərin BTQ İŞVƏSİ sona çatıb...

reklam

Zəngəzur Dəhlizi HƏYƏCANI gürcüləri də TƏŞVİŞƏ SALIB... - gürcülərin BTQ İŞVƏSİ sona çatıb...


Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti əsrin layihəsidir, bu layihəni tamamlamağa çalışmalıyıq.

Bunu “Report”a Avropa İttifaqı-Gürcüstan Biznes Şurasının baş katibi Zviad Çumburidze bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan tərəfi layihə ilə bağlı işləri tamamlamağa hazırdırlar: “Biz layihəni tamamlamaq üçün çox aktiv şəkildə birlikdə işləməliyik. Biz Gürcüstan tərəfi olaraq buna hazırıq. Ümid edirəm ki, növbəti il BTQ ilə bağlı bütün işlərimizi tamamlayarıq”.

O, BTQ-nın Gürcüstan hissəsinin tamamlaması üçün kreditə ehtiyacının olması ilə bağlı məsələyə münasibət bildirib: “Bu, Azərbaycan və Gürcüstanın səlahiyyətli şəxslərinə aid olan məsələdir. Bununla bağlı məlumatım yoxdur. Əgər ehtiyac olsa, ümid edirəm ki, hər iki tərəf qərar qəbul edəcək”.

Z. Çumburidze vurğulayıb ki, BTQ biznes mühitini dəyişib.

O deyib ki, Avropa İttifaqı -Gürcüstan Biznes Şurası 2020-ci ildən Azərbaycan və Gürcüstan arasında mövcud əməkdaşlığa töhfə verməyə başlayıb: “ Bu istiqamətdə 29 iyunda Azərbaycanla Gürcüstan arasında biznes forum təşkil etdik. Bu forum Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Azərbaycanın Gürcüstandakı Səfirliyi, Gürcüstanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə təşkil edilib. Bu kimi dövlət orqanları ilə sıx əməkdaşlıq sayəsində biz ölkələrarasında biznes əməkdaşlığını inkişaf etdiririk, təşviq edirik. Tədbirə Gürcüstandan 40 şirkət, Azərbaycan tərəfindən isə 90, ümumlikdə 130 şirkət iştirak edib. Bu, pandemiyadan sonra çox yaxşı başlanğıcdır. Həmin şirkətlər energetika, kənd təsərrüfatı və digər sahələr üzrə fəaliyyət göstəriblər”.

Onun sözlərinə görə, bu il Azərbaycanla Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyidir: “Bu münasibətlə Gürcüstanda biznes forum keçiriləcək. Forumla bağlı Azərbaycan iqtisadiyyyat naziri Mikayıl Cabbarov Gürcüstana səfər edəcək”.

Z.Çumburidze vurğulayıb ki, Azərbaycan bizim strateji tərəfdaşımızdır: “Bizim çox güclü tərəfdaşlığımız var. Biz bu əlaqələri təşviq etməliyik. Bizim Şura bu əlaqələri təşviq etməyə hazırdır”.

Onun sözlərinə görə, Azərbaycan-Gürcüstan və Türkiyə mövcud əməkdaşlıqlarını genişləndirməyə çalışırlar: “Bu isə bizim Şura tərəfindən dəstəklənir. Çünki biz anlayırıq ki, bu əməkdaşlıq ölkələr üçün çox vacibdir. Biz bütün vasitələrlə bir yerdə olmalıyıq".

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3 % artaraq 390 milyon 614 min ABŞ dolları təşkil edib. Gürcüstana ixrac 347 milyon 134 min ABŞ dolları, idxal isə 43 milyon 479 min ABŞ dolları təşkil edib. Bu gün Gürcüstanda Azərbaycan kapitalı ilə üç mindən çox şirkət qeydiyyatdan keçib. Azərbaycanda Gürcüstan kapitallı 600-dən çox şirkət qeydiyyata alınıb.

Qeyd edək ki, Azərbaycan tərəfində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə tikinti işləri tam yekunlaşıb. Gürcüstan tərəfində isə BTQ ilə bağlı tikinti işlərinin 86 %-i yekunlaşıb.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.




Paylaş:


Müəllif : Tarix:
4-07-2022, 15:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər