“Rusiya və bunkerdəkilər şoka düşəcək” - Publisist Xersonun azad olunması barədə
Rusiyalı müxalif publisist Andrey Piontkovski əmindir ki, Xersonun işğalçılardan azad edilməsi Rusiya Federasiyasını gerçək şoka qərq edəcək, bundan sonra isə bütün «yalan piramidası» çökəcək.
Bu barədə o, fikrini «24 kanal»-ın efirindən bildirib.
Onun fikrincə, həm rusiyalılar şokda olacaqlar, həm də Rusiya rəhbərliyinin bunkeri daxilində şok yaşanacaq.
«Burada həmişə bunkerdə yaranan situasiya baş verəcək. Hitlerdə də belə olub. Əraziləri azad etməyə başlayanda qalib düşmənlə danışmaq lazım gəlir. Bu fikir o saat bütün bunker sakinlərinin ağlından keçir» - Piontkovski qeyd edib.
Publisistin qeyd etdiyi kimi, ehtimal var ki, Xersonun azad olunmasından sonra Rusiya elitasından kimsə geri çəkilmək və müharibəni uduzmaq ehtiyacı barədə fikirləşəcək.
«Xersonun götürülməsi Rusiya cəmiyyətində və Putin bunkerində bütün bu «yalan piramidasının» yıxılması demək olacaq. Amma son qələbəyə qədər hələ çox vaxt və qurbanlar qalır. Ona görə insanları tərpətmək lazımdır - onlar Xersonun götürülməsindən sonra anlayacaqlar ki, müharibə uduzulub» - o, əlavə edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-07-2022, 08:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər