reklam
Regionxeberlericom.az » Siyasət » Boris Consonun yerinə daha bir namizəd

reklam

Boris Consonun yerinə daha bir namizəd
















Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak Mühafizəkarlar Partiyasının rəhbəri postu uğrunda mübarizə aparmaq niyyətində olduğunu, uğur qazanacağı təqdirdə ölkənin növbəti Baş naziri olacağını açıqlayıb.

“The Guardian” xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında yazıb:

“Mən özümü Mühafizəkarlar Partiyasının növbəti lideri və Baş naziriniz olaraq təqdim edirəm. Gəlin etimadı bərpa edək, iqtisadiyyatı yenidən quraq və ölkəni birləşdirək”.

Qeyd edək ki, Boris Conson Böyük Britaniyanın Baş naziri vəzifəsindən və Mühafizəkarlar Partiyasının lideri postundan istefa verib. Lakin o, yeni Baş nazir seçilənə qədər partiya və hökumətin rəhbəri vəzifələrini icra edəcək.

Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak və onun həmkarı, səhiyyə naziri Sacid Cavid artıq istefa veriblər.

Həmçinin Britaniya Parlamentinin İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Tom Tuqendhat da hakim Mühafizəkarlar Partiyasının lideri və nəticədə Böyük Britaniyanın Baş naziri postuna namizədliyini irəli sürüb.




Paylaş:


Müəllif : Tarix:
8-07-2022, 21:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər